BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
51416

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri təsdiqlənəcək. Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çox uşaqlı valideynlər, 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər, pensiya yaşına iki ildən az qalmış şəxslər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailəsinin üzvləri və cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyalarına daxildir.

X.Kərimli vurğuladı ki, bu işçilərin işə götürülməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşir:

“Şirkətlər bu kateqoriyada olan şəxslərdən 5 faizdən çox işə götürməyə məcbur deyil. İşçi sayı 25-50 olan şirkələrdə bu 3 %, 50-100 olan şirkətlərdə 4 %, 100-dən çox olan zaman isə 5 % kvota ayrılır. Bu şəxslər Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir. Agentlik də həmin işçini şirkətlərə yönləndirməlidir. 

Bundan sonra Dövlət Məşğulluq Agentliyi nəzarət etməlidir ki, şirkət işçilərinin 3-5 faizi bu kateqoriyada olan işçilərdən olsun. Sözügedən məsələdə yəqin ki, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına bu faizlərin yenidən işlənməsi, dəqiqləşdirilməsi kimi məsələlər qoyub ki, bu, daha effektiv olsun və real vəziyyətə uyğun olsun”.

Ekspert deyir ki, burada bir nüans var, bu kvota bütün şirkətlərə yəni, dövlət orqanlarına, mərkəzi və yerli seçki orqanlarına, elm və təhsil müəssisələrinə, işçilərinin sayı 25 nəfərdən az olan şirkətlərə, hərbi qurumlar Dövlət Təhlükəsizlik Xidməti və s. kimi bəzi qurumlara bu kvota şamil edilmir. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür - RƏSMİ

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

Dünyanın ən hündür metrosu bu ölkədə tikiləcək

Türk lirəsi bahalaşmaqda davam edir

Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI

"Ethereum" bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin