BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
51175

Son zamanlar yaşayış binaları və digər obyektlərdə quraşdırılan bəzi lift və qaldırıcı qurğuların hərəkətində problemlər yaranır. Nəticədə insanların liftdə qalması və başqa xoşagəlməz hadisələr baş verir.

Bəs ölkədə bu cür qurğulara nəzarət hansı mexanizmlə həyata keçirilir?

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu ilin altı ayında yoxlama aparılmış müəssisələrin sayı 161, yoxlanılmış liftlərin sayı 942, tərtib edilmiş aktların sayı 161, aşkar edilmiş pozuntuların sayı 883, istismarı qadağan edilmiş ( məhdudlaşdırılmış ) liftlərin sayı isə 6 ( 2 müəssisədə ) olub.

"Bundan başqa 2024-cü ilin 6 ayı ərzində qeydiyyata alınmış liftlərin sayı 285, istismarına icazə verilməsində iştirak edilmiş liftlərin sayı 285, müraciət edən müəssisələrin sayı isə 94 olub.

Yoxlama zamanı liftlərdə aşkar edilmiş qayda pozuntularının aradan qaldırılması məqsədilə liftlərin təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh olan lift sahibinin və ya istismarçının iştirakı ilə müvafiq akt tərtib edilir. Tərtib olunmuş akt Agentlik tərəfindən kollegiyal formada nəzərdən keçirilir və müvafiq qərar qəbul olunur. Həmin qərarda adətən 30 günədək müddət müəyyən edilir. Qeyd olunmuş müddət ərzində liftin sahibi və ya istismarçısı tərəfindən qayda pozuntuları aradan qaldırılmalı və bu barədə Agentliyə məlumat verilməlidir. Qayda pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq, insan həyatı və ətraf mühit üçün təhlükəli olan pozuntularla bağlı liftlərin istismarı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılır. Aktda qeyd olunan qayda pozuntularının aradan qaldırılmasına liftin sahibi və ya istismarçı məsuliyyət daşıyır", - deyə qeyd olunub.

Qeyd edək ki, ötən il yoxlama aparılmış müəssisələrin sayı 537, yoxlanılmış liftlərin sayı 2764, tərtib olunmuş aktların sayı 537, aşkar olunmuş pozuntuların sayı 2268 olub. 2023-cü ildə qeydiyyata alınmış müəssisələrin sayı 170, istismarına icazə verilməsində iştirak edilmiş liftlərin sayı 549 olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mikayıloğlu" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çexiya Rusiya neftindən imtina edir

Sosial Xidmətlər Agentliyi ofis və anbar icarəsi üçün 1 milyon manat ayırdı

"Shazeli Group" 5000 manat cərimələnə bilər

Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə 6 milyonluq sifariş verdi

İnzibati xəta protokolu - "SHAH GROUP OF COMPANIES"

Çinin insanabənzər robotları "iPhone" zavodlarında işləyəcək

Dövlət qurumu icarə müqaviləsinə görə şirkəti məhkəməyə verdi

"Tural-A" MTK-yə cərimə protokolu

Belçika "Apple" şirkəti barəsində "qan mineralları" iddialarını araşdırır

Şirkət və vergi orqanı arasında 5,6 milyonluq qalmaqal

Tramp administrasiyasının planları - "Federal işçilərin uzaqdan işləməsinə son veriləcək"

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Agentliyin 5 milyonluq tenderi ləğv edildi

Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb - Açıqlama

Bazar icarədarları üçün yeni QAYDALAR

Bazar icarədarları üçün yeni QAYDALAR

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Dövlət Xidməti: Məhkumluq arayışları vahid internet portaldan əldə olunacaq

Bu ölkələrdən gətirilən kartof, bibər və konfetdə zərərli orqanizm aşkarlandı

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb

Yasamala yeni DYP rəisi təyin edildi

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir

BTC kəməri ilə nəql edilən neftin 80%-dən çoxu Azərbaycanda hasil edilir

Azərbaycanda əlillər əl işlərinin internetdə satışına görə sosial vergi ödəməyəcək

Tullantı suyunun istifadəsi ilə bağlı yeni standart qəbul edildi

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin