07.07.2024 / 10:33
Bu sahədə işləyənlərin maaşı 3,4 min manatdan 950 manata düşüb - Rəsmi
51146
Bu ilin yanvar-mart aylarında qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 1 038 manat 70 qəpik olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 9% artıb.
Məlumat üçün bildirək ki, əksər sahələrdə əmək haqqı artsa da, bəzi sahələrdə azalmalar qeydə alınıb. Ən kəskin azalama isə kitabxanalarda, arxivlərdə, muzeylərdə və digər mədəniyyət müəssisələrində çalışanların maaşında qeydə alınıb. Əgər, ötən ilin ilk 3 ayında bu sahələrdə işləyənlərin orta aylıq nominal əmək haqqı 3 min 384 manat 50 qəpik olubsa, bu ilin ilk 3 ayında 3,6 dəfə azalaraq 947 manat 30 qəpiyə düşüb.
© Yeniavaz.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay