Çin dünyanın ən böyük günəş elektrik stansiyasını tikmək niyyətindədir
"China Three Gorges Renewables Group" unikal səmərəli 8 GW günəş elektrik stansiyası tikmək planlarını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Electrek" məlumat yayıb.
Layihənin ümumi dəyəri 11 milyard dollar təşkil edəcək və Pekin-Tyanjin-Hebey bölgəsini enerji ilə təmin edəcək. Tikinti işlərinə bu ilin sentyabrında başlanacaq və 2027-ci ildə başa çatdırılmalıdır.
Müqayisə üçün qeyd edək ki, dünyanın üç ən böyük günəş elektrik stansiyasının hər birinin gücü təxminən 3 QVtdır və hamısı Çində yerləşir. Yeni günəş elektrik stansiyası Çinin şimalındakı Daxili Monqolustanda tikiləcək və elektrik enerjisini ultra yüksək gərginlikli xətlər vasitəsilə ötürəcək.
8 GVt gücündə günəş elektrik stansiyasından əlavə, layihəyə 4 GVt gücündə külək ferması, 5 GVt gücündə bufer anbarı, 200 MVt günəş istilik enerjisi yığımı kompleksi və 4 GVt gücündə kömürlə işləyən elektrik stansiyasının tikintisi daxildir. Obyekt "China Three Gorges Renewables" (56% pay) və "Inner Mongolia Energy Group" (44%) tərəfindən idarə olunacaq.
Obyektin 2027-ci ilin iyun ayına kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay