Statistika
03.07.2024 / 11:32
Bu məhsulların xaricdən alışı satışını 10 dəfədən çox üstələyib
51018
Cari ilin ilk beş ayında Azərbaycana xaricdən 31 milyon 214 min ABŞ dolları dəyərində qәhvә, çay, mate vә ya paraqvay çayı vә әdviyyatlar gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 978 ABŞ dolları və ya 6% azdır. Ötən ilin müvafiq dövründə bu rəqəm 33 milyon 192 min ABŞ dolları olub.
Bu məhsulların xaricə satışından əldə olunan gəlir isə 2 milyon 823 min ABŞ dolları olub ki, bu da illik müqayisədə 240 ABŞ dolları, yaxud da 9,3% çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 2 milyon 583 min ABŞ dolları olub.
Belə ki, hesablamalardan məlum olduğu kimi bu məhsulların xaricə satışı, xaricdən alışından 11 dəfə az olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay