BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
50975

Yay fəslinin ikinci ayını yaşasaq da, bazarlarda mövsümi meyvə və tərəvəzlərin qiyməti hələ də ucuzlaşmayıb. 

Valyuta.az kənd təsərrüfatı məhsulların qiymətini öyrənmək üçün Bakının böyük bazarlarından biri olan 8-ci kilometr bazarına baş çəkib.

Doğrudur, bazarda çeşid bolluğu olsa da, qiymət bahalığı da hiss olunur. 

Keçən ilin bu dövrü ilə müqayisədə meyvə-tərəvəzlərin qiymətində 1-2 manat artım var. 

Bazarda satılan ən ucuz tərəvəzlərdən olan xiyarın kilosu alıcılara 1 manata təklif olunur.  Pomidorun qiyməti isə 1-1.50 manat, yaşıl bibərin kilosu 2-2.50 manat, rəngli bibərlər 3 manat, badımcanın qiyməti 0.60 qəpik- 1.50 manat arasıdır. Soğanın qiyməti isə daha münasibdir. 3 kq soğan 1 manatdır. Qırmızı soğanın qiyməti isə bir az baha, 1-1.50 manata satılır. Kartof isə 0.50 qəpikdən satılır. Göbələyin qiyməti isə ucuzlaşıb, bazarda 3-4 manat arası satılan göbələk hazırda 2 manatdır. 

Meyvələrin qiyməti isə tərəvəzlərə nisbətən daha bahadır. Belə ki, əriyin qiyməti bazarda 2.50-3 manat, gilasın qiyməti 2.50 manatdan başlayaraq 4 manata qədər artıb. Gilənar da elə bu qiymətə satılır. Bazarda ən ucuz meyvə isə şaftalı və alçadır. Onların qiyməti 1-1.50 manat arası dəyişir. 

Çiyələyin bir kilosu 1.50manata təklif olunur, lakin bu qiymətlər 3 manata qədər artır. 

Satıcılarla söhbət zamanı bildirdilər ki,  qiymət bahalaşmasının səbəbi yazın əvvəlindən başlayan qeyri-sabit hava şəraiti olub. Belə ki, intensiv yağan yağışlar, dolu, külək, meyvə bağalrına, tərəvəz sahələrinə ziyan vurub. Ona görə də onların qiyməti yerlərində də bahadır. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin