"Apple" rəsmi olaraq "Vision Pro"nu ABŞ-dan kənarda satmağa başladı
"Apple" şirkəti Çin, Honq-Konq, Yaponiya və Sinqapurda öz mağazalarında "Vision" Pro genişlənmiş reallıq qulaqlıqlarının satışına başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilir.
2024-cü ilin fevralında istifadəyə verildiyi vaxtdan etibarən "Vision Pro" yalnız ABŞ-da mövcuddur. Şirkət qeyd edir ki, qadcetin Asiya ölkələrində satışı qulaqcıqların imkanlarının uzun nümayişi ilə müşayiət olunur: bu məqsədlə "Apple" mağazalarında divanlarla təchiz olunmuş xüsusi sahələr quraşdırılıb ki, burada potensial alıcılar məsləhətçinin yanında rahat oturub təlimatlar və təkliflərlə tanış ola bilərlər.
Çində "Vision Pro" satışlarının başlaması çərçivəsində "Apple"ın pərakəndə satış üzrə baş vitse-prezidenti Deirdre O'Brien iştirak eedib və ilk müştəriləri satın almaları münasibətilə təbrik edib.
Qeyd olunur ki, “Apple” “Vision Pro” proqram təminatını yerli şəraitə uyğunlaşdıraraq Amerika striminq xidmətlərinə alternativlər təklif edib. Məsələn, Çinin "ByteDance" şirkəti "Vision Pro" üçün "TikTok"un analoqu olan "Douyin" tətbiqini hazırlayıb.
Bundan əlavə, iyunun 28-dən Almaniya, Fransa, Avstraliya, Böyük Britaniya və Kanadada "Vision Pro" üçün ilkin sifarişlər qəbul edilməyə başlanıb və cihazın bu ölkələrdə satışına iyulun 12-dən başlanılacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay