Avtomobil alarkən ətraf mühiti də düşünməliyik – 4 səbəb
Rauf Şahverdiyev
“Maserati Bakı”nın icraçı direktoru, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyəti üzvü
Avtomobil alarkən onun ətraf mühitə təsiri haqqında düşünürükmü? Əgər biz Azərbaycandakı avtomobil bazarından danışırıqsa, demək olar ki, hər kəs daha çox avtomobilin praktikliyini və səmərəliyini fikirləşir. Ancaq günümüzün reallıqlarını nəzərə alsaq, avtomobil alarkən ətraf mühitə təsirini nəzərə almağa dəyər. Bunun vacib olmasının bir neçə səbəbi var:
Havanın çirklənməsini azalması: Elektrikli avtomobillər və hibridlər, hava çirklənməsini azaltmağa kömək edir. Əsasən də, elektrik və bəzi hibrid mühərriklərdə “recuperation” sistemi olur.
Resurslara qənaət: Hibrid mühərrik ilə təchiz olunmuş avtomobillər daha az yanacaq tələb edir, bu da bərpa olunmayan resurslara qənaət etməyə kömək edir.
Texnologiyanın inkişafı: Yaşıl avtomobillərin alınması yeni texnologiyaların və bərpa olunan enerji mənbələrinin inkişafını təşviq edir.
Sosial məsuliyyət: Yaşıl avtomobillərin alınması gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edir.
Bəs “Recuperation” sistemi necə işləyir?
Recuperation – yəni elektrik enerjinin bərpası deməkdir. Enerjinin bərpası 2 tipdə olur:
1) Aktiv regenerativ əyləc: Əyləc pedalına basdığınız zaman baş verir. Sistem enerjinin maksimum bərpası üçün elektrik mühərrikinin və mexaniki əyləclərin işini koordinasiya edir.
2) Passiv regenerativ əyləc: Sürücü qaz pedalını buraxdıqda baş verir. Avtomobil yavaşlamağa başlayır və elektrik mühərriki generator rolunu oynayır.
Enerjinin bərpası elektrik nəqliyyat vasitələrini daha səmərəli və qənaətcil edən, onların istehlakçılar üçün cəlbediciliyini artıran əsas texnologiyalardan biridir.
Qeyd edim ki, bu gün Azərbaycanda elektrik avtomobillərin ucuz olmasının əsas səbəbi dövlətin buna şərait yaratmasıdır. Dövlət tərəfindən 01.01.2026-ci ilə qədər eletkrikli avtomobillərin ölkəyə daxil olarkən ƏDV-də azad olması haqda qərar qəbul edib. Yəni sürücülərdən çox, dövlət bu haqda fikirləşir.
Elektrik avtomobillərin şarj problemi ola bilərmi? Yəni bizim ölkə buna hazırdımı?
Bu il mart ayında elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı var. Bu sərəmcama görə, ölkənin bütün şəhərlərində və əsasən də Bakı daxilində elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi öz yerini tapıb. Zamanla siz çox rahat Azərbaycanın istənilən şəhər və ya rayonuna elektrik avtomobil ilə səyahət edə bilərsiz.
Ətraf mühiti düşünürüksə, mütləq hibrid və elektromobil almalıyıq?
Avtomobil seçim edərkən MHEV (yüngül hibrid), HEV (hibrid), PHEV (Plugin hibrid) və ya tam elektrik mühərikli avtomobil bu seçimlər ətraf mühiti çirklənmədən azaldır. Hər bir mühərrikin öz funksiyası var: 15 % daha az tullantı edən və ya emissiyanı tam sıfıra endirə bilən.
Əgər məqsəd ətraf mühiti fikirləşməkdirsə, bunun başqa yolları da var. Məsələn:
- İctimai nəqliyyatdan istifadə
- “Car sharing” servislərindən istifadə
- Velosipeddən istifadə, yaxud piyada gəzmək (məsafədən asılı olaraq).
Və sonda onu demək istəyərdim ki, ətraf mühiti təmiz saxlamaqdan əlavə, hərə öz həyətində bir neçə ağac əksə, yaşıllıqa önəm versə, ölkəmiz daha təmiz olar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay