Statistika
14.06.2024 / 12:59
Əhali beş ayda restoranlarda 800 milyon manatdan çox pul xərcləyib
50120
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 801,8 milyon manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,0 faiz çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 6,9 faiz artaraq 406,0 milyon manat olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay