BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8395
  • RUB
    0.0176
  • TRY
    0.0496
  • GBP
    2.2101
49520

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.

Cari ilin may ayının sonlarından özəl və dövlət toxumçuluq təsərrüfatlarında Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının əkin sahələrinin aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Belə ki, ətraf rayonların nümayəndələri də daxil olmaqla Salyan və Tərtər rayonlarında aprobatorların aprobasiya prosesi üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, habelə şəffaflığın təmin edilməsi və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda təlim keçirilib.

Sonda təlimə cəlb olunan mütəxəssislər metodiki təlimatlarla təmin olunublar. Aprobatorlar tərəfindən sahələrin aprobasiyası zamanı sort təmizliyi müəyyən edilir, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsi təyin edilir, aprobasiya sənədləri tərtib olunur. Müvafiq standartların tələblərinə cavab verməyən sahələr çıxdaş edilir. Bugünədək 933 hektar toxumluq taxıl sahələrində aprobasiya aparılıb. Hazırda toxumluq taxıl əkin sahələrinin aprobasiyası davam etdirilir

Qeyd edək ki, tarla aprobasiyasının aparılmasında məqsəd toxumların sortluq və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu yoxlamaq və fermerləri keyfiyyətli toxumlarla təmin etməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“turbo.az” və “bina.az”ın sahibi "Hepsiburada"ya niyə 1,13 milyard dollar ödədiyini açıqladı

Yeni biznes ideyasını necə tapmaq olar?

Dünyada qızılın bahalaşması Azərbaycanda alıcılıq qabiliyyətinə necə təsir edir?

"CHINA CAR"a protokol tərtib olunub

Kapital Bank “SIBOS 2024”-də: tədbir bütün sürəti ilə davam edir ®

Nazirlər Kabineti yağıntıların fəsadlarına görə toplandı - Tapşırıqlar verildi

Nazirlər Kabineti yağıntıların fəsadlarına görə toplandı - Tapşırıqlar verildi

İlham Əliyev “Sberbank”ın sədri ilə görüşdü

14 ən yaxşı pulsuz foto redaktə proqramı

MOM-dan deputata məxsus olduğu deyilən şirkətə yarım milyonluq sifariş

Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib ®

"McDonald's"la yanaşı, "Coca-Cola" və "Starbucks"ın da səhmləri ucuzlaşıb

Həmin tuneli tikən şirkət: "Biz özümüz araşdırırıq ki, necə olub"

"S&P 500" indeksində süni intellekt şirkətləri: Trilyonlarla dollar...

"S&P 500" indeksində süni intellekt şirkətləri: Trilyonlarla dollar...

"Toros" Firması üçün 25 minlik cərimə təhlükəsi

Mərkəzi Bank "Cüzdan"a lisenziya verib

Sığorta bazarı 9 faizdən çox böyüyüb

COP29-la bağlı Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdiriləcək

Dünyadakı ən uğurlu 10 startap

Banklar hansı hallarda oğurlanan pulları geri qaytarırlar? - RƏSMİ AÇIQLAMA

Azərbaycan vətəndaşları Türkiyədən 600-dən çox daşınmaz əmlak alıb

Hər hektarına 3,2 min manat əkin subsidiyası ödəniləcək

Bakı-Balakən dəmir yolu marşrutunun açılacağı vaxt bəlli olub

"Bravo" 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

"Binance" 4 altcoin cütlüyünü ləğv edəcək - TƏFƏRRÜATLAR

"Binance" 4 altcoin cütlüyünü ləğv edəcək - TƏFƏRRÜATLAR

Bakının kanalizasiya şəbəkəsi 2040-cı ilədək düzələcək? - Baş planda nəzərdə tutulan İŞLƏR

Sabahın havası açıqlandı

BRICS ölkələri tərəfdaş dövlətin meyarları barədə razılığa gəliblər, 13 dövlətin siyahısı razılaşdırılıb

Nazir müavinindən "Bakıkart"la bağılı açıqlama

Buffett-dən investorlara xəbərdarlıq: Ucuz ətin şorbası olmaz! - GİZLİ TƏHLÜKƏ

Buffett-dən investorlara xəbərdarlıq: Ucuz ətin şorbası olmaz! - GİZLİ TƏHLÜKƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin