Aşağı büdcə ilə asudə vaxt keçirmək üçün 10 seçim
Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Asudə vaxtımızı səmərəli keçirmək bizdən həm də bir az da maddiyat istəyir. Yay tətili də gəlir, uşaqların tətil, böyüklərin məzuniyyəti başlayır. Bugünlərdə asudə vaxtı səmərəli keçirmək üçün nələr etmək olar? Əlbəttə, çox şey etmək olar. Biz isə az büdcə ilə nələr edə biləcəyimizi dəyərləndirək.
Nəzərə alsaq ki, xərclər üzrə konsultant olduğum üçün hamıya deyil büdcəsi az olan şəxslərə müraciət etməyim daha doğru olar.
Əgər sizin də büdcəniz məhdud vaxtınız isə boldursa və bu vaxtı maksimum səmərəli keçirmək istəyirsinizsə, o zaman ozuyun.
Tətil, istirahət və məzuniyyət vaxtı nələr edə bilərik?
1. Bu siyahıda başda mütaliə gəlir. Kitab oxumaq ən faydalı məşğuliyyətdir. Əgər kitabınız yoxdursa, müxtəlif bookkafelərdə və ya kitabxanalarda oturaraq kitab oxuya bilərsinz. Dostlarınızdan kitab götürə, endirim kampaniyalarında istifadə edərək daha aşağı qiymətə kitablar əldə edə və ya günlük kitab icarəsi xidmətindən faydalana bilərsiniz.
2. “Puzzle” yığmaq, həm beyni, məntiqi təfəkkürü inkişaf etdirir, həm də maliyyəti aşağı olan məşğuliyyətdir.
3. Bitki yetişdirmək. Ev şəraitində dibçək gülləri yetişdirə bilərsiniz. İnsanı stresdən azad edir. Eyni zamanda evinizin dekorasiyasına da müsbət təsir edəcək. Və siz bu gülləri sevdiklərinizə də hədiyyə edə bilərsiniz (beləcə hədiyyə xərcindən də azad olmuş olacaqsınız).
4. İdmanla məşğul olmaq. Ev şəraitində müxtəlif idman hərəkətləri ilə məşğul olaraq həm gözəl bədən formasına sahib ola bilər, həm də sağlam qala bilərsiniz.
5. Rəngləmə və boyama. Rəqəmlərlə rəngləmə, boyama və mandala ilə məşğul olmaq da psixoloji saxlamlıq üçün faydalı, eyni zamanda az büdcə təşkil edən fəaliyyətlərdəndir.
6. Tikiş tikmək. Bəli, hər kəs bacarmır, amma yoxlamaq olar. Əminəm ki, hər kəsin evində parça qırıqları, iynə və sap var. Özünüz, uşaqlar və ya rəfiqələriniz üçün saç aksesuarları, bantiklər, yaxa sancaqları və s. hazırlamaq həm gözəl vaxt keçirməyə həm də stresdən uzaqlaşmağa kömək edir.
7. Araşdırma ilə məşğul olmaq. Sizə maraqlı olan hər hansısa bir sahəni araşdıraraq maraqlı məlumalarla tanış ola biləriniz.
8. Muzeyləri ziyarət etmək. Şəhərimizdə kifayət qədər maraqlı muzeylər mövcuddur ki, onların da bir qisminə giriş sərbəstdir, bir qismini isə çox aşağı ödənişlə ziyarət etmək mümkündür.
9. Rəsm qalareyaları. Şəhərdə fəaliyyət göstərən qalareyaların əksəriyyətinə giriş sərbəstdir. Siz bu qalareyalara baş çəkərək mənəvi rahatlıq tapa bilərsiniz.
10. Rəsm çəkmək. Əgər belə bir bacarığınız yoxdursa, belə bir müddət məşğul olmaqla həm də bu bacarığı özünüzdə formalaşdırmış olacaqsınız.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay