Statistika
30.06.2024 / 13:50
Bu məhsulun xaricə satışından əldə olunan gəlir 8 milyon dollardan çox azalıb – Rəqəmlər
49414
Bu ilin ilk dörd ayında Azərbaycan xaricə 25 min 207 ton miqdarında, 24 milyon 688 min ABŞ dolları dəyərində qara metallar vә onlardan hazırlanan mәmulatlar satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 min 480 ton (25,1%) və 8 milyon 136 min ABŞ dolları (24,7%) azdır. Ötən ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 33 min 687 ton miqdarında, 32 milyon 824 min ABŞ dolları dəyərində qara metallar vә onlardan hazırlanan mәmulatlar satıb.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan qara metallar vә onlardan hazırlanan mәmulatlar ümumi ixracın 0,30 faizini, qeyri-neft sektoru üzrə ixracın 2,68 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay