Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti bahalaşıb – İdxalda artım
Cari ilin yanvar-aprel aylarında Azərbaycana 5 min 111 ədəd daxili yanma mühәrriklә yanaşı elektrik mühәrriklә dә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәsi (hibrid) gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu sayda avtomobilin dəyəri 161 milyon 770 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 637 ədəd (14,2%), dəyər ifadəsi ilə 73 milyon 756 min ABŞ dolları (83,8%) çoxdur. Ötən ilin eyni dövründə xaricdən alınan hibrid avtomobillərin sayı 4 min 474 ədəd, dəyəri isə 88 milyon 14 min ABŞ dolları olub.
Hesabat dövründə xaricdən alınan daxili yanma mühәrriklә yanaşı elektrik mühәrriklә dә hәrәkәtә gәtirilәn nәqliyyat vasitәlərinin bir ədədi üçün orta qiyməti 31 min 651 ABŞ dolları olub ki, bu da illik müqayisədə 11 min 979 ABŞ dolları çoxdur. Ötən ilin ilk dörd ayında bu qiymət 19 min 672 ABŞ dolları olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay