BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
49280

Rusiyada ağcaqanadlar 50-yə yaxın yeni virusun yayılmasına səbəb olub, təhlükə var; ekspert: “Bu həşəratlar tulyaremiyanın və qarayara xəstəliyinin qeyri-spesifik daşıyıcıları ola bilər”

Amerikalı milyarder Bill Qeyts 2025-2026-cı il üçün yeni pandemiya xəbərdarlığı edib. İddialara görə, bu dəfə virus, xəstəlik ağcaqanadlarla yayılacaq. 

Hələ 3 il əvvəl Brüsseldə “Fəlakətli yoluxma” təlimi keçirilib. “Yeni Müsavat” xarici mediaya istinadən xəbər verir ki, təlimlərə Almaniya, Seneqal, Liberiya, Sinqapur, Hindistan, Ruanda, Anqola və Nigeriya rəsmiləri də qoşulub. İştirakçılar yeni pandemiyanı müzakirə ediblər. O zaman yeni Seers virusunun adı açıqlanıb. 

Bill Qeyts hazırda ağcaqanadlarla eksperimentlər aparır ki, bu da onun “gizli silahına” çevrilə bilər. Yeni pandemiya üçün sinir sistemini, mədə-bağırsaq traktını və tənəffüs yollarını təsir edən enteroviruslardan istifadə edilir. Simptomları qızdırma, burun axması, öskürək, qusma və ishal, baş ağrısı və iştahsızlıqdır.

Bəllidir ki, ta qədimlərdən ağcaqanadlar xəstə insandan sağlam insana yalnız malyariya xəstəliyini keçirir. Belə çıxır, söhbət süni virusdan gedir? 

Yeri gəlmişkən, 2021-ci ildə Hindistanın Kerala əyalətində 14 nəfərdə ağcaqanadla yayılan “Zika” virusu aşkar edilmişdi. Qızdırma, göz qızarması, qusma, dəri tökülməsi, baş, əzələ və oynaq ağrıları kimi əlamətləri olan xəstəlik üçün xüsusi bir müalicə və ya profilaktik peyvənd olmayıb. Qeyd edilib ki, yağışın çox yağdığı ərazilərdə artan ağcaqanadlar virusun yayılmasında iştirakçıdır. “Zika” virusu insanlara “Aedes aegypti” ağcaqanad növünün dişləməsi ilə keçib. Qan və cinsi əlaqə, həmçinin ağcaqanad dişləməsi ilə keçdiyi ortaya çıxan virusa ilk dəfə 1947-ci ildə Uqandanın Zika meşələrindəki meymunlarda rast gəlinib. Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. Virusa yoluxmuş ana xəstəliyi birbaşa bətnində olan uşağa ötürür. Anadan olan zaman kiçik baş quruluşuna malik olan bu körpələr inkişafdan qalmış, qüsurlu şəkildə olurlar. Təkcə 2016-cı ilin oktyabr ayında Braziliyada bu şəkildə 4000 uşaq doğulub. Aparılan araşdırmalar nəticəsində doğulan körpələrin analarında “Zika” virusu təsbit edilib.

Virus dünya miqyasında tropik qurşaqda yerləşən ölkələrdə daha çox rast gəlinir. 2015-ci ildə Braziliyada sürətlə yayılan bu virus çox keçmədən Latın Amerikasını cənginə alıb. Ümumdünya Sağlıq Təşkilatı Çili və Kanada istisna olmaqla digər Amerika ölkələrində fövqəladə hal elan etmişdi.

“Rospotrebnadzor”un rəhbəri Anna Popova yaxınlarda Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib ki, ağcaqanadlar 50-yə yaxın yeni virus, gənələr isə daha 14 virus daşımağa başlayıb. Onun sözlərinə görə, idarə infeksiyaya nəzarət sistemi çərçivəsində ölkədə virus mənzərəsini öyrənir: “Bu günə qədər bu, ağcaqanadlarda 47, gənələrdə isə 14 yeni virus aşkar edib. Biz zərər verə biləcək hər şeyi görməyə hazırlaşırıq”, deyib. Popova əlavə edib ki, bu, ən azı 2030-cu ilə qədər inkişaf edəcək çox vacib bir təməldir: “Rusiyada qansoran ağcaqanadların 100-dən çox növü və alt növü yaşayır. Bu həşəratlar tulyaremiyanın və potensial olaraq qarayara xəstəliyinin qeyri-spesifik daşıyıcıları ola bilər. Qərbi Nil qızdırması (WNF) və ya Kaliforniya ensefalit qrupunun virusları (İnko, Tyaqinya, Khatanga), Bataille, Sindbis, Karelian və Semliki meşə qızdırması ilə yoluxmaq da mümkündür. Bu il Rusiyada 3,9 minə yaxın vətəndaş gənə dişləməsi ilə bağlı həkimlərə müraciət edib. Tez-tez Krasnodar, Stavropol diyarları, Rostov, Kalininqrad, Lipetsk, Pskov vilayətləri, Krım Respublikası, DXR və Sankt-Peterburq sakinləri şikayət edirlər.

Artıq 1,4 milyona yaxın insan gənə viruslu ensefalitinə qarşı peyvənd olunub, 3,8 milyondan çox insanın peyvənd edilməsi planlaşdırılır". 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin