Bu məhsulun xaricdən alış qiyməti ton üçün 70 manata yaxın ucuzlaşıb
Cari ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrdən 49 min 404 ton miqdarında qarğıdalı alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 15 milyon 690 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 16 min 651 ton (50,8%), dəyər ifadəsi ilə 3 milyon 986 min ABŞ dolları (34%) çoxdur. Ötən ilin eyni dövründə qarğıdalı idxalının miqdarı 32 min 753 ton, dəyəri isə 11 milyon 704 min ABŞ dolları olub.
Hesabat dövründə idxal olunan qarğıdalının bir tonu üçün qiyməti 317,6 ABŞ dolları (539,9 manat) olub ki, bu da illik müqayisədə 39,7 ABŞ dolları (67,5 manat) və ya 11,1% ucuzdur. Ötən ilin yanvar-aprel aylarında bu qiymət 357,3 ABŞ dolları (607,4 manat) olub.
Qeyd edək ki, bu dövrdə idxal olunan qarğıdalı ümumi idxalın 0,29 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay