BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
49102

Şəhərin bəzi kənd və qəsəbələrində marşrut avtobusları sərnişin tam yığılmamış hərəkət etmir. Xüsusilə də, axşam vaxtlarında bir neçə sərnişin olan avtobus 15-20 dəqiqə, bəzən yarım saat gözləyir. Səbəb kimi “3 nəfərlə getmək sərf eləmir, bir az adam yığılsın” kimi ifadələr səsləndirirlər. Buna nümunə olaraq 56 nömrəli marşrut avtobusunu göstərmək olar. Ancaq bu nümunə tək deyil və kənd və qəsəbələrə gedənlərin axşam saatlarında bir çoxunun üzləşdiyi problemdir.

Bəs qəsəbə və ya kəndlərdən hərəkət edən marşrutların hərəkət vaxtı necə müəyyənləşir?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, marşrutların dolmadan hərəkət etməməsi uzun müddətdir problemlər yaradır:

“Bunu marşrut avtobusunun boş olması və iqtisadi cəhətdən səmərəli olmaması ilə əlaqələndirirlər. Burada problem hərəkətin təşkilinin düzgün qurulmamasına bağlıdır. Nəticə olaraq da, insanların marşrut avtobuslarından istifadəyə etibarı azalır. İnsanların az olduğu vaxtlarda belə, marşrutların qrafiki tənzimlənməlidir ki, insanlar marşrutlardan daha çox istifadə etməyə sövq etsin. Bu, intervalların düzgün bölünməməsindən irəli gəlir”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, 56 nömrəli marşrut üzrə 5 avtobusun 6-7 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulub və AYNA tərəfindən daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.

Bundan başqa AYNA-dan bildirilib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanır. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

“Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir” – deyə qurumun məlumatında qeyd olunur.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin