"Tesla" çətin günlər yaşayır - Maskın şirkətində nə baş verir?
Amerikalı sahibkar İlon Maska məxsus elektrik avtomobil şirkəti "Tesla" çətin günlərdən keçir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, işçilər daim şirkətdən qovulur və buna görə də yerdə qalan mütəxəssislər mənəvi cəhətdən sarsılıb. Bundan əlavə, satışların durğunluğundan və "Tesla" səhmlərinin düşməsindən danışılır, bəzi investorlar şirkət rəhbərinin laqeydliyini tənqid etməyə başlayıb.
"Tesla"nın təxminən 600 min səhminə sahib olan "Amalgamated Bank"ın Dayanıqlı İnkişaf üzrə direktoru İvan Frişberq qeyd edir ki, vəziyyətin müsbət istiqamətdə inkişaf etməməsi həm də şirkət rəhbərliyində təmsil olunan bəzi üzvlərin ölkədən getməsinin göstəricisidir.
"Bloomberg" yazır ki, investorlar Maskın rəhbərlik etdiyi digər müəssisələrin - X, "SpaceX", "Neuralink" və "The Boring Company"nin taleyi ilə bağlı narahat olmağa başlayıblar.
Mayın 9-da "Business Insider" xəbər verib ki, "Tesla" rəhbərliyi yeni işçilərin axtarışını müvəqqəti dayandırmaq qərarına gəlib. Elektrikli avtomobil istehsalçısı bu həftə Şimali Amerikadakı iş yerlərinin hamısını kəsib və 3,400-dən çox mövqedən yalnız üç yeri buraxıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay