BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
49062

Bu yaxınlarda aparılan araşdırma göstərib ki, xərçənglə mübarizə düşünüldüyündən daha erkən başlayıb. Arxeoloqlar qədim misirlilərin 4000 ildən əvvəl bədxassəli şişləri cərrahi yolla çıxarmağa çalışdıqlarını aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, müvafiq araşdırmanın nəticələri "Frontiers in Medicine” jurnalında dərc edilib.
 
Alimlər əvvəllər qədim Misir həkimlərinin xərçəngin müxtəlif növlərini dəqiq təsvir edə bildiyinə dair sübutlar tapmışdılar. Lakin xəstəliyin təbiətinin anlaşılması və effektiv müalicə üsullarının daha gec  sənədləşdirilməyə başlanılıb. Qədim misirlilərin xərçəngə necə yanaşdıqlarını daha yaxşı başa düşmək üçün İspaniya, Britaniya və Almaniyadan olan beynəlxalq alimlər qrupu Kembric Universitetində Dakvort kolleksiyasından iki kəllə sümüyünü tədqiq ediblər. 

Kəllə sümüyü və alt çənəsi 236 kimi tanınan ilk nümunə eramızdan əvvəl 2687-2345-ci illərdə yaşamış təxminən 30 yaşında bir kişiyə aiddir. İkinci kəllə sümüyü, nümunə E270, eramızdan əvvəl 663-343-cü illərdə yaşamış 50 yaşdan yuxarı bir qadına aiddir. Mikroskopik analizdən istifadə edərək, tədqiqatçılar hər iki kəllə sümüyündə geniş yayılmış xərçəng izlərini müəyyən ediblər. 236 kəllə sümüyünün vəziyyəti xüsusilə maraqlı olub, orada da metastaz verən xərçəngi göstərən çoxsaylı kiçik izlər olub. 

Tədqiqatçılar bu izlərin ətrafında aydın kəsiklər aşkar etdikdə təəccübləniblər. Bu, kəskin metal alətlərdən istifadə edərək şişi cərrahi yolla çıxarmaq cəhdlərini göstərə bilər. Əgər bu fərziyyə təsdiqlənərsə, bu, bəşər tarixində xərçəngin cərrahi müalicəsinin sənədləşdirilmiş ilk hadisəsi olacaq. 

"Mikroskop altında şişin üzərindəki kəsikləri görəndə biz əvvəlcə şübhə ilə yanaşdıq, baxmayaraq ki, onlar çox aydın idi. Tibb tarixində mühüm bir mərhələnin şahidi olduğumuzu başa düşülməsi bir müddət çəkdi", - İspaniyanın Santyaqo de Kompostela Universitetinin paleopatoloqu, tədqiqatın həmmüəllifi Edqard Kamaros bildirib.

Cərrahiyyə böyük şişlərin müalicəsinin əsas istiqamətlərindən biri olaraq qalır, xüsusən də erkən aşkar edildikdə. Lakin 236 nümunəsinin kəllə sümüyünün ümumi vəziyyətini və kəsiklərin izlərini nəzərə alsaq, müalicənin uğursuz olduğunu güman etmək olar. Kəsiklərin ölümdən sonra edildiyi də mümkündür ki, bu da hələ də qədim Misir həkimlərinin bu ciddi xəstəliyi anlamaq cəhdlərindən xəbər verir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin