BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
49032

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov imzalayıb. 

Memorandumun məqsədi Nazirlik və Akademiyanın elmi-praktiki potensialından istifadə edərək insan resurslarının formalaşdırılması, onların dövlət idarəçiliyi üzrə bilik-bacarıqlarının və təcrübələrinin artırılması, idarəetmə üzrə vərdişlərinin inkişaf etdirilməsidir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqtisadiyyatın digər sahələrində olduğu kimi kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır. Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır. Bunu əsas gətirən nazir Məcnun Məmmədov yüksəkixtisaslı mütəxəssislər hazırlayan, ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilən Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlığın əhəmiyyətinə toxunub. Kənd Təsərrüfatı Nazirliyində çalışan əməkdaşların rəhbər vəzifələrə hazırlanması məqsədilə Akademiyada təhsilə xüsusi önəm verildiyini vurğulayıb. 

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ali təhsil müəssisəsinin maddi-texniki bazası, dövlət idarəçiliyi sahəsi üçün mütəxəssislərin hazırlanması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində aparılan elmi-tədqiqatlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, bu sahədə kadr bazasının formalaşdırılması və mövcud insan kapitalının daha da təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Urxan Ələkbərov əlavə edib ki, əməkdaşlıqla bağlı əldə olunmuş razılıq akademiyada təhsil alanların və Nazirlik əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək.

Qeyd edək ki, Əməkdaşlıq Memorandumunda    Akademiyanın professor-müəllim heyəti tərəfindən Nazirliyin rəhbər şəxsləri və mütəxəssisləri üçün idarəçilik təlimlərinin keçirilməsi, Akademiyanın bakalavr və magistr təhsili səviyyələrində təhsilalanların təcrübə proqramlarına cəlb edilməsi, istehsal və istehlakla əlaqədar müasir dövrdə idarəçiliklə bağlı rastlaşılan aktual problemlər üzrə araşdırma və təhlillərin aparılması, idarəetmə sahəsində birgə innovasiya yönümlü layihələrin təşviqi, təhlili və onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. 
Eyni zamanda, sənədə əsasən Nazirliyin rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən Akademiyada təhsilalanlar üçün dövlət idarəçiliyi, insan potensialının idarəedilməsi, idarəetmə prosesində rəqəmsal həllərdən istifadə və digər sahələr üzrə ustad dərsləri təşkil ediləcək. 

Tərəflər Akademiya ilə Nazirlik arasında əlaqələrin inkişaf etdirilməsi üçün birgə innovativ və elmi-praktiki konfransların, seminarların təşkil edilməsi, təhsilalanları Nazirliyin fəaliyyəti, onun strukturu və məsul olduğu mövzular haqqında məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi barədə razılığa gəliblər.

Tədbirin sonunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MTK-dan alınan mənzilə necə çıxarış əldə edə bilərik?

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Cəzadan azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması ilə bağlı qərar verildi

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - AÇIQLAMA

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin