BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
48985

“Kontakt Home”, “İrşad”, “Baku Electronics” və bir sıra digər böyük elekronika məhsulları satan mağazalarda telefon qiymətləri demək olar ki, eyni olur. Məsələn, “İPhone 15 Pro”, “Samsung” markasının bəzi məhsulları eyni qiymətə satılır. Müştəriləri də maraqlandıran məsələlərdən biri də qiymətdir. Alıcı tərəfdən yanaşan zaman bu, ciddi fərq yaratmır, çünki istədiyi mağazadan ala bilər. Amma biznes tərəfdən yanaşan zaman bu nə qədər doğrudur? Eyni qiymətlə rəqabət aparmaq mümkdünürmü? 

Valyuta.az-a danışan Marketinq və İctimaiyyətlə Əlaqlər üzrə məsləhətçi Səfər Aslanov deyir ki, hazırda bu sektor rəqabətin kifayət qədər gərgin olduğu sahədir. Onun sözlərinə görə, bu sektorda rəqabət qiymətlərlə aparılmır: “Bu sektorda qiymət siyasətini pərakəndəçilər deyil, məhz istehsalçılar və ya onların yerli nümayəndələri tərəfindən bazar konyukturası nəzərə alınaraq ifadə edilir. Rəqabəti gərginləşdirən əsas məqam məhz pərakəndəçilərlə istehlakçılar arasında qurulan münasibətlər kontekstidir. Pərakəndəçi mağaza brendinin yaratdığı loyallıq siyasəti, müştəri bazasını idarəetmə qabiliyyəti və xidmət keyfiyyəti amili pərakəndəçi brendinin imicinin məcmusunu təşil edərək satışların həcminə müsbət təsir edir. Pərakəndəçilər sırasında nəhəng müştəri bazasında sahib olanlar da var. Lakin burda bazanın həcmi yox, onun funksionallığı daha əhəmiyyətlidir. Data əsaslı fəaliyyətin aparılması bazarda status kvonu dəyişə bilir. Yəni nəhəng müştəri bazası olmayan mağaza da uğurlu satış edə bilir”.

S.Aslanov qeyd edir ki, bu sektorda rəqabətə təsir edən digər amil isə əlçatanlıq (convenience) faktorudur: “Pandemiyaya qədər bu məqama xüsusi zərurət görülmürdü. Lakin yaranmış yeni reallıq pərakəndəçiləri bütün mümkün vasitələri aktivləşdirməyə həvəsləndirdi. İstehsalçılar tərəfindən həyata keçirilən “Pull” tipli kampaniyalar zaman-zaman bazarda dinamikaları intensivləşdirsə də, son nəticədə metirkalarda həcm göstəricisi özünü “ən yaxşı satıcı” kimi təqdim edən pərakəndəçinin xeyrinə dəyişir. Ən yaxşı satıcı isə hədəf seqmenti ən yaxşı anlayan və müvafiq davranış sərgiləyəndir. Bu isə bir daha onu sübüut edir ki, doğru brend arxetipi və doğru mövqeləndirmə ilə daimi davranışı qoruyub saxlamaq biznes üçün vacib addımdır”.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, məhsulların arasında heç bir fərq yoxdur, alış yerləri və aldıqları ölkə də eynidir. Alış qiymətləri, yol xərcləri, vergilər və müştəri seqmenti eyni olduğu üçün bir mağaza qiyməti endirdikdə digəri də endirəcək və nəticə etibarı ilə yenə eyni qiymət olacaq: “Məhsul eyni olduğu üçün eyni qiymətə satılması normal haldır. Çünki bir şirkət 20 manat endirim etsə, digəri də endirim edəcək və nəticə etibarı ilə yenə eyni qiymət formalaşacaq. Bütün şərtlər eyni oduğuna görə, şirkətlər də satış qiymətini eyni qoyub digər məqamlarla rəqabət aparmağa çalışırlar. Loyallıq, yerləşmə yeri, müəyyən kampaniya və güzəştlərlə rəqabət aparmağa çalışırlar. Bu qiymət siyasətini razılaşdırılmış və uyğunlaşdırılmış kimi görmürəm. Çünki məhsul eynidir və heç bir müştəri eyni məhsulu baha almaq istəməz. Buna görə də şirkətlər məcburən qiymətləri eyni təyin edirlər. İnsanlar da qiymət eyni olduğu üçün alacaqları mağazaların digər xüsusiyyətlərinə daha çox fikir verirlər. Məsələn, satışdan sonrakı xidmətə, şirkətin reputasiyasına, digər kampaniyalara və güzəştlərə diqqət yetirirlər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"City Construction" 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin