BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
48883

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bəs bu zaman əmək münasibətləri necə tənzimlənir? “vergiler.az”ın sualına “BSC Business Service Centre” şirkətinin insan resursları üzrə aparıcı mütəxəssisi Firəngiz Səmədova aydınlıq gətirir: 

 

Əmək Məcəlləsinə əsasən, əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Misal 1: İşçi “A” MMC-də əvəzçilik üzrə mühasib vəzifəsinə işə qəbul edilib. İşçinin iş saatları necə tənzimlənməlidir?

Qeyd etdiyimiz kimi, əvəzçilik üzrə iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Lakin işçinin gündəlik normal iş vaxtının müddəti 4 saatdan və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 20 saatdan çox ola bilməz.

Misal 2: İşçi əsas iş yeri üzrə 5 günlük qrafikdə olmaqla gün ərzində 2, həftə ərzində 10 saat çalışır. Bu halda əlavə iş yerində 5 günlük qrafikdə olmaqla gündəlik 6, həftə ərzində 30 saat çalışa bilərmi

Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla müəyyən edildiyi üçün bu halda da günlük 4 saat və həftəlik 20 saat həddinin aşılmaması gözlənilməlidir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.

Misal 3: İşçinin “A” MMC-də əsas iş yeri üzrə iş saatları 09:00-dan 18:00-dək müəyən edilib. Əməkdaşın “B” MMC-də əvəzçilik üzrə iş saatları isə 18:00-dan sonra müəyyən edilib.

Bu zaman işçinin əvəzçilik üzrə iş saatları əsas iş yeri üzrə iş saatları ilə eyni vaxta təsadüf etmirsə, əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər.

Misal 4: Yaşı 18-dən az olan işçi həm əsas, həm də əvəzçilik üzrə işləyir. Bu halda işçinin iş saatları neçə tənzimlənməlidir?

Yaşı 18-dən az olan işçilər üçün həftəlik iş saatı 36 saatdan çox olmayaraq müəyyən edilib. Bu zaman işçi əsas iş yerində iş saatları 18 saatdan çox olmayaraq, əvəzçilik qaydasında əlavə iş yerində də iş saatları 18 saatdan çox olmayaraq müəyyən edilməlidir.

İşçinin əmək kitabçası əsas iş yerində saxlanılır və əvəzçiliklə işləyən iş yerinə təqdim edilmir. Lakin işçi bunu tələb edərsə, o zaman əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.

Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən, əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl olunmalıdır.

Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əməkhaqqına əlavələrin, artımların verilməsi əsas iş yerində çalışan işçilər üçün müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsinə görə, əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Yəni işçinin əlavə iş yerində həftə ərzində çalışa biləcəyi maksimum saatın 20 olması məzuniyyət hüququnun bu saata uyğun proporsional qaydada azaldılmasına əsas vermir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin