BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
48861

Rauf Şahverdiyev

“Maserati Bakı”nın icraçı direktoru, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyəti üzvü

Avtomobil alarkən seçim etmək önəmli məsələdir. Mən əsasən seçimi 3 varianta bölürəm: rasional, emosional və impulsiv.

Rasional - Avtomobili almamışdan öncə bunu nə üçün aldığınızı, avtomobilin uyğun qiyməti, xarakteristikası və s. analiz edirsiniz, bu seçim bir neçə ay çəkə bilər. Səmərəlilik, etibarlılıq, təhlükəsizlik, sahiblik dəyəri və əməliyyat xərcləri kimi aspektlərə diqqət yetirilir. Alıcı rəyləri, texniki parametrləri diqqətlə öyrənir, qiymət və keyfiyyət baxımından ən yaxşı variantı seçir.

Emosional - Adətən bu cür avtomobil seçimi bir və ya iki gün içində baş verir. Spontan olaraq bir avtomobili görüb emosiyalara qapılıb avtomobil alanlar çoxdur. Şəxsi üstünlüklərə, istəklərə və duyğulara əsaslanan alışdır. Çox vaxt alıcı xarici görünüşünə görə bəyəndiyi və ya statusunu vurğulayan avtomobili seçir. Emosinal alış edən insalar sonradan peşman ola bilərlər, çünki aldığı avtomobili təhlil etmədən seçir, sonradan ola biləcək problemləri görmür.

İmpulsiv (düşünülməmiş) alış - Tez-tez promosyonlar, endirimlər və ya müvəqqəti təkliflər olur. Bunlardan təsirlənib avtomobil almaq kortəbii qərardır. Uzunmüddətli planlaşdırma və təhlilə daha az diqqət yetirilir, əsasən ucuz və ya yaxşı fürsət olduğuna görə bu seçim edilir.

Avtomobil alan zaman doğru seçim necə olmalıdır?

Əsas məsləhətlərim budur ki, avtomobili hansı məqsədlə istifadə edəcəyinizi müəyyən edin. Ailə, işə gedib gəlmək, uzun məsafəli səfərlər üçün və s. ola bilər. Bu məqsədə uyğun olan avtomobil növünü - sedan, SUV, pikap, mikroavtobus və s. seçin.

Avtomobilin ilkin qiymətini və aylıq xərclərini (yanacaq, sığorta, texniki xidmət) nəzərə alın. Büdcənizə uyğun olan avtomobil modellərini araşdırın. Sonra avtomobilin yanacaq sərfiyyatının sizin üçün uyğun olub-olmadığını qiymətləndirin. Elektrikli və ya hibrid avtomobilləri də nəzərə alın, elektrikli avtomobil aldığınızda avtomobil şarj etmək şəraitinizin olması məsləhətdir.
Seçdiyiniz təchiz olunduğu təhlükəsizlik sistemlərini nəzərdən keçirin (hava yastıqları, ABS, ESP və s.).

Dost-tanışın məsləhəti ilə avtomobil almayın

Azərbaycanda ən populyar olan bir seçim növüdür, amma məncə, bu, düzgün atdım deyil. Çünki avtomobildən hər kəsin öz tələbi və istəyi olur. Məsələn, indiyə kimi dost-tanışım seçdiyim avtomobillərə qarşı olub, amma mən avtomobilimdən həmişə razı qalmışam.

Başqasının bəyəndiyi avtomobil sənə uyğun olmaya bilər

Hər kəsin ehtiyacları, zövqləri və prioritetləri fərqlidir, buna görə də başqasının avtomobil seçimi sizin üçün tam uyğun olmaya bilər. İlk olaraq avtomobili özünüz sevməli, bəyənməlisiniz. Məsələn, son zamanlar hər kəs elektrik avtomobillərə üz tutur, amma tam elektrik yox, əvəzinə hibrid mühərrikli avtomobilləri sevənlər var, hər kəsin fərqli istəyi olur.

Ani qərarla avtomobil almayın

2-3 gün içərisində avtomobil almaq qərarı verilməsə yaxşıdır. Əgər maliyyə cəhətdən bir avtomobil almağa hazırsınızsa, buna ən azından 1-2 həftə ayırmaq lazımdır. Ətraflı analiz, qiymət təklifləri, sınaq yürüşləri və internet üzərindən avtomobil haqqında rəyləri oxumaq üçün zaman lazımdır. Amma bəzən bu seçim zamanı 2-3 aya kimi uzana bilər, istədiyiniz parametrlərdə olan avtomobili tapmaq həmişə çətin olur. Və bəzən seçiminizi etsəniz belə, ölkədə satışda həmin avtomobili tapmaya bilərsiniz.

Avtomobilin bizə uyğun olub-olmadığını necə müəyyənləşdirə bilərik?

Məsləhətim olur ki, avtomobil almazdan öncə onu oturub sürsünlər. Dilerlərin salonuna getsinlər, orda sınaq sürüşü keçirsinlər. Avtomobilin komfortunu, sürüşünü, oturacaqların rahatlığını, mühərrikin gücünü, əyləc sistemini, təhlükəsizlik sistemlərini yoxlasınlar. Avtomobil çox gözəl dizayna malik ola bilər, amma avtomobilin sürüşü və ya rahatlığı sizi qane etməyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Laçın Rayon Mərkəzi Xəstəxanası tikiləcək

12 yaşlı uşaq bir gündə 6 800 manat pul qazanıb

Xəstəxanalarda qiymətlər bahalaşdı

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

Deputat: Necə deyə bilərsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?!

"Unibank" rəhbərliyində yeni təyinat olub

Karqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib?

AZAL 3 şəhərə uçuşları ləğv etdi

AZAL 3 şəhərə uçuşları ləğv etdi

Rəqəmsal etika nədir və niyə olmalıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin