BAKU Azərbaycan
12.95°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
48822

Ölkənin birinci Bankı Kapital Bank Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, Zəngilən və Laçın filiallarının ardından bankın Xankəndi filialının açılışı baş tutdu. Açılışda Kapital Bank-ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak etdilər.

Açılışda çıxış edən Fərid Hüseynov bildirdi ki, “Böyük qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq,müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur”.

Yeni konsepsiya əsasında təqdim edilən Xankəndi filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.

Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Xankəndi filialının açılışının ardından 120-yə çatdı. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti sifarişi üçün - kbl.az

Birbank kartı sifarişi üçün — kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maliyyə mütəxəssisindən mühüm proqnoz: Gümüş qızılı geridə qoya bilər

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir? - AÇIQLANDI

Bu tibb müəssisələri ƏDV-dən üçillik azad olunub

Bu tibb müəssisələri ƏDV-dən üçillik azad olunub

Azad edilən ərazilərdə sakinlər bu halda ev tikə biləcəklər

Avtomobilin sosial yardımdan imtinaya səbəb sayılmasına aydınlıq gətirilib

Bakıda tıxacların azaldılması üçün yeni yollar salınacaq – SİYAHI

Baş nazir açıqladı: Qarabağa 17 milyard pul xərclənib

Bu müəssisədə 152 nəfər cəzalandırıldı, 17 nəfər xidmətdən xaric olundu

Azərbaycanda 5 milyard manatdan çox vergi borcu ləğv edilib

Şənbə günü temperatur 29 dərəcəyə yüksələcək

“Azərbaycan bu qədər böyük ərazidə yeni ölkə qurur”

İlon Maska Kanada şoku: "Tesla" üçün endirimlər ləğv edildi

Marketinqdən tez nəticə gözləmək doğrudur?

Azərbaycan İnsan Resursları Assosiasiyasına yeni sədr seçildi

Mərkəzi Banka yeni departament direktoru təyin edildi

Deputatların 2 müraciətinə bu səbəbdən baxılmayacaq

Korrupsiyaya görə işdən çıxarılan məmur həbs edildi

Korrupsiyaya görə işdən çıxarılan məmur həbs edildi

Hökumətdən sənədsiz evlərlə bağlı açıqlama

Ləğv prosesində olan 5 bankın 13 milyonluq borcu ödənildi

Daha bir qurumun əməkdaşlarının maaşı artdı

Azərbaycanda iki universitet yaradılacaq

Baş nazir: "2024-cü ildə orta pensiya məbləği 494 manat olub"

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

“Azərkosmos”un Yaponiya banklarına olan borcunu yerli bank qarşılayacaq

“Azərkosmos”un Yaponiya banklarına olan borcunu yerli bank qarşılayacaq

Bu il qəzalı binalarla bağlı problemlərin həlli üçün 50 mln. manat ayrılacaq

Keçən il məcburi köçkünlərin kommunal xərcləri üçün 19 milyon manata yaxın vəsait ödənilib

Bu şəxslər üçün qısa iş vaxtı tətbiq ediləcək

Azərbaycanda hərbi xidmət yaşı niyə azaldılmadı? - Rəsmi CAVAB

Bu tarixdən Səmərqəndə uçuşlar bərpa edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin