
25.05.2024 / 10:24
Bakıda sotu bir milyon manata torpaq sahələri satılır (VİDEO)
48815
Bakıda bir sotu 400-500 min, hətta bir milyon manata satılan torpaq sahələri var.
Valyuta.az xəbər verir ki, belə torpaq sahələri elan saytlarında satışa çıxarılıb.
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir.
Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir.
Qeyd edək ki, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarındadır.
Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay