Biznes
24.05.2024 / 12:26
Vüqar Bayramov: "İri sahibkarlar arasında qadınlar azdır"
48754
Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır.
Valyuta.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Orta sahibkarların 8 %-i, kiçik sahibkarların isə 16 %-i qadınlardır. Bundan başqa, qadınların maaaşının az olduğundan onlar pensiyaya çıxanda da az pensiya alırlar. Təklif edirəm ki, qadınlar pensiyaya çıxarkən onlara xüsusi əmsal tətbiq edilsin", - deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay