BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
48613

Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) digər azad iqtisadi zonalardan üstünlüyü hazır infrastruktur və qanunvericiliyinin olmasıdır.

Valyuta.az xəbər verir ki, bunu “Report”a müsahibəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonasının təkcə Azərbaycanda və ya qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada cəlbedici olması üçün bütün tədbirlər görülüb: “Məlumdur ki, hazırda Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Lakin investorlar üçün dənizə çıxışın önəmli olduğunu və ölkəmizin dənizə birbaşa çıxışının olmadığını unutmayaq. Məhz bu səbəbdən, sözügedən üstünlüyə malik ölkələrdəki azad zonalarla müqayisədə Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalı idi. Əlbəttə ki, digər iqtisadi zonalarda olduğu kimi, Ələt Azad İqtisadi Zonasında da vergilərdən və gömrük rüsumlarından azadolma kimi güzəştlər mövcuddur. Ancaq yalnız bu faktorla investorları maraqlandırmaq qeyri-mümkündür. Buna görə də, istifadəyə hazır sənaye torpaq sahələri ilə yanaşı, qanunvericilik də çox mühüm önəm daşıyır”.

V. Ələsgərov qeyd edib ki, bu səbəbdən Ələt Azad İqtisadi Zonasının eksterritoriallığını, habelə onun fəaliyyəti, inkişafı və idarə edilməsini təmin edən Milli Məclis tərəfindən “Ələt Azad İqtisadi Zonası haqqında” qanun qəbul edilib və Prezident tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilib: “Qeyd etməliyəm ki, heç bir dövlət qurumu Ələt Azad İqtisadi Zonasının, habelə Azad zonada qeydiyyatdan keçmiş hüquqi şəxslərin, maliyyə qurumlarının və bu hüquqi şəxslərin işçilərinin fəaliyyətini tənzimləmək kimi hüquqa sahib deyil.

Eyni zamanda, qəbul edilmiş qanuna əsasən, əsas iqtisadiyyatın cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericiliyi istisna olmaqla, digər qanunları Ələt Azad İqtisadi Zonasında tətbiq edilə bilməz. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi ilə əsas iqtisadiyyatın qanunvericiliyinin müddəaları arasında hər hansı bir ziddiyyətin yaranmasının qarşısını almaq üçün, əsas iqtisadiyyatın 90-dan çox qanununa Ələt zonasının qanunvericiliyinin üstünlüyünü təmin edən müvafiq dəyişikliklər və əlavələr edilib və bu proses davam edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin