BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
48414

Vüsal X. Şahinoğlu 
İnsan resursları mütəxəssisi


İş müsahibələri, bir şirkət haqqında daha çox məlumat əldə etmək və şirkət mədəniyyətinin və struktur quruluşunun sizə uyğun olub-olmadığını kəşf etmək üçün əla fürsətdir. Müsahibədən öncə bir neçə sual hazırlamaq həmişə məsləhət görülür, amma şirkəti əvvəlcədən araşdırmaq da eyni dərəcədə vacibdir. Əla namizədləri yaxşı namizədlərdən fərqləndirən şey geniş araşdırma aparma bacarığıdır. Bu bacarığı bir neçə başlıq altında görə bilərik:

Şirkətin dəyərlərini öyrənin

Hər şirkətin işçidə görmək istədiyi müəyyən səriştələr var. Bir şirkətin dəyərləri ümumiyyətlə, öz veb saytında yazılı halda olur. Dəyərləri ayrı bir bölmədə yazılmayıbsa, onda şirkətin veb saytına bütünlüklə nəzər yetirin və hansı mövzuların bir neçə dəfə vurğulandığına aşkar edib bunları özünüzdə qeyd edin. Bu səriştələr üzərində məşq edin, bunlara aid misallar fikirləşin və müsahibə vaxtı da səriştələri özünüzə rəhbər tutub suallara o istiqamətdə cavab verin.

Şirkətin Linkedin profilinə baxın

Veb saytlar bir şirkət haqqında məlumat öyrənməyin bir yolu ola bilər, ancaq əldə edilənlər daha çox şirkətin keçmişi, vizyonu, missiyası kimi şeylərlə əlaqəlidir. LinkedIn şirkətdə neçə işçinin işlədiyi və ofislərinin harada olduğu kimi dəqiq məlumatları görə biləcəyiniz və hər işçisinin də profilinə baxa biləcəyiniz bir platformadır.

İşçiləri araşdırın

Əvvəl də vurğulandığı kimi, LinkedIn işlətməyin faydalarından biri də şirkətdə işləyən işçilərin profilini görə bilməkdir. Bu sizə potensial gələcək şirkətinizin necə bir profildə işçi axtardığı mövzusunda fikir bildirəcəkdir.

Sizdən müsahibə götürən şəxs və şəxslərin profilinə yaxşıca nəzər yetirməyiniz əsasdır. İş təcrübəsi keçmişlərində rəqiblərinin adlarını, şirkətdəki irəliləyişlərinin nəyə oxşadığını, hətta onlarla paylaşa biləcəyiniz bir hobbi və ya maraq dairəsi kimi şeylərə diqqət edin. Bunları bilmək müsahibə əsnasında münasibət qurmağınıza kömək edəcək. Müsahibədən əvvəl profillərinə qoşulmaq üçün dəvət göndərməyi də unutmayın.

Şirkəti xəbər portallarında araşdırın

Bu, şirkətin həyatındakı vacib son hadisələri kəşf etməyinizə kömək edəcək və əhəmiyyətli addım sayılır. Məsələn, bir şirkət birləşməsində daha böyük şirkət tərəfindən alındıqlarını və ya bəlkə də işlərini hansısa xarici ölkədə genişləndirməyə başladıqlarını kəşf etmək mümkündür. Şirkətin adını axtarış motorlarında yazmaq asandır. Yazın və araşdırın. Əgər mümkünsə, müsahibənin axırında müsahibəni keçirən şəxsə verəcəyiniz suallara şirkətin cari məsələlərinə aid bildiklərinizi də əlavə edin.

Sektoru sevdiyinizdən əmin olun

Bir şirkəti araşdırmağın vacib bir hissəsi, onun sektorunu araşdırmaqdır. Bu sektor haqqında məlumatınız yoxdursa, işlədikləri sektordakı və ölkədəki ilk 10 qurumu tapmaq, əsas rəqibləri təhlil etmək və bu şirkəti fərqləndirən şeyin/şeylərin nə olduğunu bilmək atacağınız addımlardan biri olsun. Sektor sizin üçün tamamilə yenidirsə, təməl iş terminlərini öyrənin və başa düşdüyünüzdən əmin olun.

Bağlantılarınızdan istifadə edin

Şirkətdə və ya eyni sektorda işləyən bağlantılarınız varsa, onlardan ən yaxşı formada istifadə edin. Sizə müsahibədə uğurlu olmağınız üçün tövsiyələr verə bilərlər və bundan başqa şirkətdə və ya sektorda gündəlik həyatın necə olduğu barədə də informasiya əldə edə bilərsiniz.

Zəruri məlumatların yoxlama siyahısını düzəldin

Qısa yoxlama siyahı yazmaq, araşdırmanızı təqib etməyinizə kömək edər. Aşağıdakı sualları (və lazım gördüyünüz digər sualları) cavablaya bilidiyinizdən əmin olun:

CEO kimdir?
Hansı ölkələrdə ofisləri var?
Şirkət nə vaxt quruldu?
Onları rəqiblərindən fərqləndirən nədir?

Araşdırmanızı tətbiq edin

Bu araşdırmanı etmək əladır amma müsahibə əsnasında bunu necə bildirəcəksiniz?
Araşdırmanızda yığdığınız informasiyalar təbii olaraq cavablarınıza müsbət yöndə təsir edəcək. Şirkətin bir işçidə görmək istəyidiyi dəyər və səriştəliklərə fokuslanın və cavablarınızda bunları vurğulayın. Müsahibəni aparanların əsas məqsədi şirkət üçün münasib olub-olmadığınızı bilməkdir və a)geniş bir araşdırma edə bildiyinizi və b)özünüzü şirkətin dəyərləri ilə uzlaşan bir kimi göstərmək, müsahibənin müsbətliyini sığortalamaq mənasına gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin