Nikaha necə daxil olmaq olar? – Sənədlər və dövlət rüsumu
Azərbaycan Respublikası əraizisində nikahın bağlanması Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Ailə Məcəlləsi ilə tənzimlənir.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub.
Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
Valyuta.az xəbər verir ki, nikaha daxil olmaq istəyən Aəzrbaycan vətəndaşları ilk olaraq tibbi arayış almalıdır.
Tibbi arayışın alınması üçün istənilən “Asan Xidmət” mərkəzinə müraciət etmək olar. Nikaha daxil olmaq istəyən hər iki tərəf vəsiqlərinin əsli ilə (şəxsiyyət vəsiqəsində mütləq subay olduğu qeyd olunmalıdır) “Asan Xidmət” mərkəzinə yaxınlaşaraq qan nümunəsi verməlidir.
Qan nümunəsinin götürülməsi üçün bir nəfərə 16 manat 40 qəpik dövlət rüsumu tələb olunur. Tibbi arayışın hazır olma müddəti 14 iş günüdür, amma dəqiq tarix sənəd qəbulu zamanı əməkdaş tərəfindən qeyd olunur. Tibbi arayış hazır olandan sonra nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslər tərəfindən ərizə yazılmalıdır. Ərizənin də yazılması üçün istənilən “Asan Xidmət” mərkəzinə müraciət etmək mümkündür. Bunun üçün hər iki tərəf bir yerdə yaxınlaşaraq ərizə yazır. Bu zaman da hər iki tərəfin şəxsiyyət vəsiqəsinin əsli olmalı, vəsiqədə isə subay olduqları qeyd olunmalıdır.
Hər iki tərəfin tibbi arayışları və əgər təkrar nikah bağlanırsa, nikah pozulması haqqında əvvəlcədən alınan şəhadətnamə də təqdim edilməlidir. Bundan sonra Yerində nikahın qeydə alınması ilə bağlı ərziə yazılır, 10 manat dövlət rüsumu 0.40 qəpik isə bankın xidmət haqqı ödənilir. Ərizə yazıldığı günün bir ay tamamında hər hansı xüsusi hal yoxdursa, nikah qeydə alınır. Nikahın qeydə alınması isə mərkəz daxilində xüsusi bəzədilmiş otaqda olacaqsa, həmin otaqla bağlı 40 manat da əlavə ödəniş tələb olunur.
Bundan əlavə yaxın qohumların (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlərin və övladlığa götürülənlərin, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslərin, tibbi müayinədən keçməyən şəxslərin, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin nikaha daxil olmasına icazə verilmir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay