
11.05.2024 / 14:43
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
47896
2024-cü ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 mlrd. 657 mln. 339,4 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.
Valyuta.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 mlrd. 522,6 mln. manata çatıb.
Məlumata görə, ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay