“EasyCep” Azərbaycanda fəaliyyətini genişləndirir ®
Yenilənmiş elektron cihazların satışı sektorunun liderindən olan və bu sahədə etibarlı tərəfdaş nüfuzuna sahib “EasyCep” şirkəti Azərbaycanda özünün ilk mağazasını açmaqla qlobal miqyasda genişlənmədə növbəti mühüm addımını atıb.
Bakıda 28 May küçəsi 18 ünvanında yerləşən, müasir dizaynı ilə fərqlənən mağaza müştərilər üçün üstün və rahat xidmət təcrübəsini göstərməyə başlayıb.
Yeni açılmış mağazada “EasyCep” tərəfindən yenilənmiş smartfonların şəffaf qiymətləndirilməsi və alışı, ehtiyyac olduğu təqdirdə qlobal standartlara uyğun sertifikatlaşdırılmış yenilənməsi həyata keçiriləcək. Alıcılar isə mağazada yenilənmiş telefonları daha əlverişli şərtlərlə, eləcə də taksitlə almaq imkanına sahib olacaqlar.
Azərbaycanda mağazanın açılışı Türkiyədə bazar lideri olan “EasyCep Türkiye” şirkətinin qlobal miqyasda genişlənmək hədəfinə çatmasında yeni mərhələdir. Ötən il bu genişlənməyə hədəflənmiş şirkət ilk olaraq Qətərdə fəaliyyətə start verib. Növbəti mərhələsi isə Azərbaycan olub və “EasyCep Azərbaycan” şirkəti fəaliyyətə başlayıb.
“EasyCep Azərbaycan” şirkətinin Baş icraçı direktoru Seymur Cavadov Bakıda yeni mağazanın açılış tədbirində bildirib: "Biz Azərbaycanda ilk mağazamızın açılışını elan etməkdən məmnunuq. Yenilənmiş telefonlar konsepsiyası Azərbaycan istehlakçıları üçün yeni olsa da, onların bu əlverişli imkandan istifadə edəcəyinə əminik. İnanırıq ki, müştərilərimiz zəmanət və çevik ödəniş imkanlarını yüksək qiymətləndirəcəklər. Yenilənmiş telefonların yeni istehsal edilmiş cihazlara nisbətdə az karbon emissiyaya sahib olmasını nəzərə alaraq müştərilərimiz ekoloji cəhətdən şüurlu seçim etməkdən məmnun olacaqlar. Biz hər kəsi təklif etdiyimiz əhəmiyyətli üstünlükləri kəşf etməyə dəvət edirik".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay