"Volkswagen"in mənfəəti kəskin şəkildə azalıb
Alman avtomobil istehsalçısı "Volkswagen"in 2024-cü ilin birinci rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 20% azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Volkswagen" şirkətinin yaydığı məlumatda deyilir.
2024-cü ilin yanvar-mart aylarında "Volkswagen"in əməliyyat mənfəəti 2023-cü ilin eyni dövründəki 5,75 milyard avroya nisbətən 4,59 milyard avro təşkil edib. Qrupun əməliyyat gəlirliliyi bir il əvvəlki 7,5% ilə müqayisədə 6,1%-ə qədər azalıb.
2024-cü ilin birinci rübündə konsern dünya üzrə 2,1 milyon avtomobil satıb ki, bu da bir il əvvəlkindən 2% azdır. Avtomobil satışlarında artım yalnız Cənubi Amerika və Asiya-Sakit okean regionunda qeydə alınıb - müvafiq olaraq 19% və 2%. Şimali Amerikada "Volkswagen" satışları 10%, Avropada və dünyanın qalan hissəsində 5% azalıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay