BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
47194

Dünyanın ən varlı insanlarının sıralamasında 3-cü sırada olan “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Maskın sərvəti son bir gün ərzində 18,5 milyard dollar artıb.

Valyuta.az Yeniavaz.com-a istinadən  xəbər verir ki, bu barədə məlumatı məşhur “Bloomberg” şirkəti yayımlayıb.

“Bloomberg”in məlumatına görə İlon Maskın ümumi sərvəti dünən 202 milyard dollar olub.

Son bir gündə sərvətini ən çox artıranların siyahısında ABŞ-ın sabiq prezidenti Donald Tramp da yer alıb. 7,95 milyard dollar sərvəti olan Trampın son bir gündəki qazancı 591 milyon dollar olub.

Sərvətini ən çox artıranlardan biri də Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ələkbərovun sərvəti son bir gündə 318 milyon dollar artaraq 27,4 milyard dollar yüksəlib.

“Bloomberg”in bugünə olan məlumatına görə hazırda ən zəngin insanların siyahısına LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault başçılıq edir. Arnaultun ümumi sərvətinin 217 milyard dollar olduğu bildirilir. Son bir gündə Fransız iş adamının sərvəti 3,32 milyard dollar azalıb.

Son bir gündə sərvəti ən çox azalanların siyahısına “Google”un qurucuları olan Larri Peyc və Sergey Brin başçılıq edir. Larri Peycin sərvəti bir günə ərzində 4,37 milyard dollar azalaraq 148 milyard dollar, Sergey Brinin sərvəti isə 4,25 milyard dollar azalaraq 140 milyard dollar enib. Bu siyahıda 3-cü sıranı “Meta”nın qurucusu Mark Zukerberq tutub. Zukerberqin sərvəti son bir gündə 3,66 milyard dollar azalaraq 154 milyard dollar düşüb.

Sərvətini ən çox itirənlərin arasında Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün  - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadze də var.

Gürcüstan vətəndaşı olan 48 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Son bir gündə Lomtadzenin sərvəti 174 milyon dollar azalaraq 6,09 milyard dollar enib.

Onu da qeyd edək ki, Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN-1405631661) 16 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.

Dünyanın ən varlı 500 şəxsinin arasında Lomtadzedən başqa daha bir nəfər Gürcüstan, iki nəfər Qazaxıstan vətəndaşı da var. Gürcüstandan olan Bidzina İvanaşvilinin 6,87 milyard, Qazaxıstandan olan Vladimir Kimin 7,7 milyard, Vyaçislav Kimin isə 6,22 milyard dollar sərvəti var.

“Bloomberg”in “Dünyanın ən zəngin 500 şəxsi” siyahısına Türkiyədən heç kim daxil ola bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Milli Məclisin deputatları tətilə çıxır

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin