BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
47094

2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox “Microsoft”un səhmlərinə sahib olub.

Valyuta.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.

Fond “Microsoft”un əksinə, “Apple” üzrə səhm portfelini 77 mln. dollar və ya azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə "Apple" ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.

ARDNF ilk rübdə “NVIDIA”nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun “NVIDIA” üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, “Amazon” üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb.

Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə “Alfabet” (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond “Alfabet”in 258 mln. dollar həcmində səhminə sahib olub.

Əvəzində Fond Mark Zukerberqin “Meta platforms”ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident: COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq

"İnstagram" bu funksiyasını dəyişəcək

Xanlar Vəliyevin yeni vəzifəsi məlum oldu

Şərurlu İsfəndiyardan daha bir şikayət: "18 ildir mənə 73 min dollar borcludur"

Hakim yarım milyonluq qızıla görə tutulanların həbsinin davamına qərar verdi

İnvestisiya şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək – Rəsmi tarix açıqlanıb

Sağlam olan 26 nəfərə "yararsız" sənədi verilib, 36 nəfər isə yararsız olduğu halda xidmətə çağırılıb

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Bazarda meyvələr bahalaşdı: Kiloqramı 25-40 manat

Azərbaycanda bu əraziyə pulsuz giriş qadağan edildi

"CFI Financial İnvestisiya Şirkəti"nə böyük maya qoyulsa da, sələfinə çata bilmir - 209 milyonluq azalma

Ermənistan Araz çayını çirkləndirir - Prezident

"Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq"- Prezident

Bir gündə vətəndaşların 87 min manatını taladılar

Metronun "28 May" stansiyası bu tarixdə bağlanır

“Brent”də 4 ilin ən kəskin geriləməsi: Qiymət 60 dollar həddində

Kərpic zavodunun direktoru cəzalandırıldı

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

İlham Əliyev VII ADA Siyasi Forumunda çıxış edir

ADB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb

İncə göstərən güzgülər mağazalara milyonları necə qazandırır?

Neftimizin qiyməti 68 dollardan aşağı düşüb

Eyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətə satılır?

Qroznı hava limanı uçuşları dayandırdı

Avro və rubl bahalaşdı, dollar sabit qaldı

"Bitcoin" 76 dollara düşdü - Kriptovalyuta bazarının son göstəriciləri

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin