Hansı peşədə çalışanlar daha xoşbəxtdirlər?
Araşdırmalar göstərir ki, dünyanın ən xoşbəxt işçiləri açıq havada və ictimai işlərlə məşğul olanlardır. İş Tapma İdarəsi və “BambooHR” platforması tərəfindən aparılan araşdırmaya görə, tikinti sektorunda çalışanlar bütün əsas sektorlar arasında ən çox xoşbəxtlik səviyyəsinə malikdirlər.
Valyuta.az xəbər verir ki, platforma 2020-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər dünya üzrə 1600-dən çox şirkətdə ən azı 57 min işçinin məlumatlarını təhlil edib. Hazırlanan hesabatda işçilərin xoşbəxtlik səviyyələrinin son üç ildə dəyişdiyi, lakin inşaat işçilərinin xoşbəxtliyi ölçən testlərdəki ballarının həmişə yüksək olaraq qaldığı bildirilib. Digər tərəfdən, ekspertlərin fikrincə, bu, bir çox inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-da tikinti işçilərinin maaşlarının artması və iş yerlərinin bolluğu ilə bağlıdır.
Məsələn, ABŞ-ın ən böyük tikinti sənayesi assosiasiyalarından biri olan Amerika Baş Podratçılar Assosiasiyasının hesabatına görə, tikinti işçilərinin saatlıq əmək haqqı 2022-ci ildə son 40 ilin ən yüksək səviyyəsinə yüksəlib. Ölkədə bir tikinti işçisinin orta saatlıq əmək haqqı 17,70 dollardır. Ancaq bəzi şirkətlərdə 28,83 dollara qədər qalxa bilər. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ölkədə tikinti xərcləri 2020-ci ildən bəri davamlı olaraq artaraq 2023-cü ilin iyulunda 1,9 milyard dollara çatıb.
Bundan əlavə, texnologiya, maliyyə, qeyri-kommersiya təşkilatları, səyahət və qonaqpərvərlik sektorlarında çalışanlar da xoşbəxtlik anketində yüksək bal toplayıblar. Anketdə tikinti sənayesi işçiləri 49 bal aldığı halda, texnologiya işçiləri də 41 bal toplayıb. Ən yaxşı bal toplayan sektorlar aşağıdakı kimi sıralanıb:
1. Tikinti: 49 bal
2: Texnologiya: 41 xal
3. Maliyyə: 37 bal
4. Qeyri-kommersiya təşkilatları: 35 bal
5. Qida: 35 xal
6. Səyahət və yerləşmə: 35 bal
7. Təhsil: 34 bal
8. Sağlamlıq: 31 bal
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay