BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
46756

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə ki, bank Ağdam rayon Ə.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatları və kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək, onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaqdan ibarətdir. 

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyada məktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatı əhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycan ədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablar daxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar, rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdim edilib.

Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıq bir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsil alan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank Bakının Nardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib, məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib. Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqla şagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onları gələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Keçmiş deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin