BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
46457

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov aprelin 18-də Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lerik rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların işə qəbul, əkin subsidiyası, dəymiş zərərin ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
 
Qəbuldan sonra nazir müavini Elçin Zeynalov Zəngəmiran kəndində fermer Nuri Sultanovun 4 hektar sahədə əkilmiş taxıl sahəsinə baxış keçirib, dəmyə əkinçiliyində həyata keçirilən aqrotexniki tədbirlər, toxum sortunun düzgün seçilməsi ətrafında fermerlərlə fikir mübadiləsi aparıb.

Elçin Zeynalov həmçinin Piran kəndində arıçı Mahir Surətovun arıçılıq təsərrüfatına baş çəkib, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" 81 dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin