BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
46113

Hazırda balıq ovu mövsümü olmasa da, Şəmkir Su Anbarının ərazisində qanunsuz torların olması ilə bağlı görüntülər yayılıb.

Görüntülər Şəmkir Su Anbarının Şəmkir rayonu Bayramlı kəndi istiqamətində qeydə alınıb. Sözügedən kadrlarda torların kütləvi şəkildə anbara quraşdırıldığı bildirilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Qafqazinfo"ya cavab olaraq bildirib ki, həmin ərazidə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə müntəzəm reydlər keçirilir:

“Aprel ayının 1-dən başlayaraq ötən dövr ərzində Şəmkir Su Anbarında ümumi uzunluğu 1250 metr olan 12 ədəd sintetik tor yığışdırılıb, həmçinin 3 nəfər qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Görüntülərlə bağlı isə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət qrup sözügedən əraziyə cəlb olunub. Araşdırma başlanılıb və araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qurupundan bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları xidməti əraziyə daxil olan su hövzələrində qanunsuz balıq ovuna qarşı mütəmadi tədbirlər həyata keçirir. Sözügedən məsələ artıq nəzarətə götürülüb, polis əməkdaşları həmin əraziyə cəlb olunublar. Ərazi sintetik torlardan təmizlənib. Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, balıqçılıq haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hər il aprel ayının 1-dən başlayaraq mərhələli şəkildə müvafiq su hövzələrindən balıq və digər su bioresurslarının ovuna qadağalar nəzərdə tutulub. Balıqların kürüləmə dövrü ilə əlaqədar isə may ayının 1-dən etibarən balıq ovuna tətbiq edilən ümumi moratorium qüvvəyə minir və sentyabr ayının 1-də başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin