Ölkədə bazarlara çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək
Azərbaycanda bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək.
Valyuta.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bazarlar “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürüləcək, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsi təmin ediləcək.
Bu proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər çərçivəsində baş tutacaq. Belə ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən tədbirlər görüləcək.
Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarəti təmin ediləcək, bunun üçün müvafiq şərait və iş rejimi formalaşdırılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay