BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
45441

Xaricdə yaşayan soydaşlarımız Azərbaycana gələndə yaşadıqları ölkələrin tibbi sığortası ilə həkimə müraciət edə bilmirlər. Buna səbəb kimi isə Azərbaycan qanunvericiliyində bu məsələnin təsbit olunmaması qeyd edilir.

Disapora.tv tibbi sığorta ilə bağlı soydaşlarımızın qarşılaşdığı problemi, beynəlxalq təcrübəni, gələcəkdə Azərbaycan qanunvericiliyində təsbiti ilə bağlı araşdırma aparıb. Konkret olaraq, xarici tibbi sığortaların Azərbaycanda, Azərbaycan tibbi sığortasının isə xaricdə tanınması üçün hansı addımlar atılmalıdır?

Sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Azərbaycanda icbari tibbi sığorta 2021-ci ilin iyun ayından ölkə ərazisində tətbiq edilir:

“Hazırda xaicdə yaşayan soydaşlarımız Azərbaycana gələn zaman tibbi xidmətlərdən ödənişli şəkildə istifadə etməli olur. Bu məsələ ilə bağlı bir qayda olaraq digər ölkələrdəki vətəndaşların Azərbaycandakı pulsuz tibbi xidmətlərdən istifadə etməsi üçün ölkələrarası sazişlər imzalanmalıdır. Məsələn, bunun bir nümunəsi kimi Türkiyə modeli ola bilər. Türkiyə türkdilli ölkələr üçün icbari tibbi sığorta ilə bağlı məsələlərdə güzəştlər nəzərdə tutub. Demək olar ki, Türkiyə vətəndaşlarının istifadə etdiyi icbari tibbi sığorta ilə bağlı xidmətləri türkdilli ölkələrin vətəndaşlarına da tətbiq edə bilir. Azərbaycan da Türkiyə, İran, Rusiya, Ukrayna, Gürcüstan və sair ölkələrlə bu istiqamətdə müqavilələr bağlaya bilər. Ümumiyyətlə, harada icbari tibbi sığortanın tətbiqi var, o ölkələrlə də ikitərəfli əlaqələr quraraq həmin bu sistemi genişləndirə bilər”.

İ.İbrahimov vurğulayıb ki, həm soydaşlarımız, həm də xarici ölkə vətəndaşları bizdəki tibbi xidmətdən yararlanmalıdır ki, bunun nə qədər keyfiyyətli olub-olmamasını onları gözü ilə görə bilək:

“Yəni, bir tərəfdən vətəndaşların sığortaya əlçatımlığı təşviq olunur, digər yandan da icbari tibbi sığortanın ölkəmizdə inkişafı bir addım da önə çıxır”.

Beynəlxalq təcrübəni Diaspora.tv ilə bölüşən Almaniyada yaşayan həkim Elvin Hüseynov bildirib ki, Almaniya vətəndaşı olmayanların bu ölkədə tibbi sığortadan istifadə etməsində bir neçə məsələ var:

“Avropa İttifaqına daxil olan dövlətlərin vətəndaşlarının öz ölkələrindəki tibbi sığortaları Almaniyada keçərlidir. Ona görə də başqa heç nəyə ehtiyac olmur. Yəni, tibbi sığortaları buradakı tibbi xidməti qarşılayır. Normalda qeyri - Avropa İttifaqı olan ölkələrdən Almaniyaya gələn insanların səyahət sığortası olur, insanlar çəkilən xərcləri özləri qarşılayırlar və sonra bunu geri alırlar. Əgər səyahət sığortası olmasa və tibbi yardım göstərilərsə, yekun nəticədə heç bir qurumun bunu qarşılayacağı aydınlaşmazsa, ən sonda dəvət edən, yaxud öhdəliyi götürən şəxs bunu qarşılamalı olur. Biz də Azərbaycana gələndə Almaniyadakı normal icbari tibbi sığortamız buradakı tibbi xidməti qarşılamır. Lakin səfərimiz zamanı Almaniyada səyahət sığortası bağlayırıq. Əgər birdən Azərbaycanda tibbi müdaxiləyə ehtiyac olarsa, biz həmin xərcləri özümüz qarşılayırıq. Sonra çəkilən xərcin hesabını götürürük Almaniyada təqdim edib pulumuzu geri alırıq”.

E.Hüseynov qeyd etdi ki, azərbaycanlı olub-olmamasından asılı olmayaraq əcnəbilərin Azərbaycanda tibbi sığortadan istifadə edə bilməməsi normal haldır:

“Bu xarici ölkələrdə də qəbul edilimiş qaydadır”

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Diaspora.tv-nin sorğusuna cavab olaraq bildirildi ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir:

“Bu şəxslər Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Miqrasiya Məcəlləsinə əsasən ölkəmizdə müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tibbi xidmətlərdən istifadə edərkən öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin