BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
45354

“Ata Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az xəbər verir ki, "Ata Sığorta" 2023-cü ili 946 min 985 manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 575 min 375 manat xalis zərər ilə bağlamışdı.

Hesabat dövründə, “Ata Sığorta”nın əsas əməliyyat gəlirləri 82.3% artaraq 10 milyon 9.6 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 5 milyon 491.1 min manat təşkil edib.

Sığorta şirkətinin investisiya gəlirləri 973.7 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 12.1% və ya 134.2 min manat azdır. Bu dövrdə, “Ata Sığorta”nın subroqasiya gəlirləri 14% azalaraq 179.6 min manata enib, sair gəlirləri isə 30% artaraq 1 milyon 115.2 min manat olub. Nəticədə, şirkətin cəmi gəlirləri 11 milyon 47.6 min manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 0,3% azdır.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 11.6% azalaraq 6 milyon 157.5 min manata, sığorta ödənişləri 40.5% azalaraq 3 milyon 210.5 min manata enib, işlərin aparılması xərcləri isə 29.7% artaraq 5 milyon 787.1 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 2.9% artaraq 11 milyon 994.6 min manat təşkil edib.

2023-cü ildə “Ata Sığorta”nın maliyyə zarəri 64.5% artaraq 946.9 min manata yüksəlib.

2024-cü ilin yanvarın 1-nə “Ata Sığorta”nın cəmi aktivləri 11.9% artaraq 15 milyon 802.9 min manata, cəmi öhdəlikləri 30% artaraq 6 milyon 638.5 min manata, cəmi kapitalı isə 1.6% artaraq 9 milyon 164.3 min manata yüksəlib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin