BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
45144

2023-cü ildə Azərbaycan 417 min 81 ABŞ dolları dəyərində müxtəlif növ güllər ixrac edib. Bəs gül istehsal etmək üçün bu sahəyə nə qədər investisiya yatırmaq lazımdır?

Valyuta.az bu istiqamətdə araşdırma aparıb. “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin Cavid Axundov deyib ki, gül istehsalına başlamaq daha çox hansı gül növünün istehsalından asılı olan məsələdir.

Sənaye üsulu qızılgüllərin istehsalının əsasən istixana şəraitində aparıldığını deyən C.Axundov yatırım üçün hansı məbləğə ehtiyac olduğunu da bildirdi: “Bu, həyətyanı, yaxud da istixana sahəsi ola bilər. Sənaye tipli istixanalarda gül istehsalının təşkili 1 hektarda müasir texnologiyaların tətbiqi ilə istehsalın dəyəri 1 və 3 milyon ABŞ dolları arasında dəyişə bilər. Burada daha çox Hollandiya və İsrail texnologiyalarından istifadə edilir”. 

C.Axundov qeyd edib ki, gülün ənənəvi üsulla yetişdirilməsi zaman isə lazım olan investisiya fərqlidir: “Polietilenlə bağlanmış istixanalarda isə  biznesə girişin məbləği 200-300 min manat arası ola bilər. Müasir texnologiyaların tətbiqi xərclənən vəsaiti artırır”. 

O vurğulayıb ki, Azərbaycanda ən çox satılan güllər qızılgüldür: “Qızılgül üçün ən optimal əkin yeri əsasən dağətəyi ərazilərdir: Qızılgüllərin dünyada 400-dən çox, Azərbaycanda 40-dan artıq növü bitir. Qızılgül Azərbaycanda çox qədimdən əkilib becərilir. Çiçəyinin qurulu və formasına, rənginə, ətrinə, gözəlliyinə görə ən dekorativ bitkilərdən biri hesab olunur. Hazırda qızılgülün 2000 mindən artıq çeşidi vardır. Bunlar öz dekorativ və bioloji xüsusiyyətlərinə görə bir çox qrupa bölünürlər”. 

C. Axundovun sözlərinə görə, qızılgüllərin topdansatış qiyməti mövsümdən aslı olaraq 1 manat 50 qəpik, yaxud da 2 manat 50 qəpik ola bilər. 

Assosiasiyası rəhbəri qeyd edib ki, hazırda  ölkədə gül istehsalında çətinliklər yoxdur: “Hazırda dünyada su qıtlığı ilə bağlı çətinlər var.  Bu, bütün sahələrə təsir göstərir. Ona görə də gül istehsalçıları daha çox damlama suvarma sitemlərindən istifadə etməlidirlər”.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır

“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər...

Prezident süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişiklikləri təsdiqləyib

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

Məmura cərimə yazıldı

Bu şəxslər üçün vergi güzəştləri gələn ildən qüvvəyə minəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin