Azərbaycan və Türkmənistan ilk dəfə sığorta sahəsində əlaqələr quracaq
Azərbaycan və Türkmənistan arasında ilk dəfə sığorta sahəsində qarşılıqlı əlaqələr qurulacaq.
Valyuta.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi məlumata görə, bu barədə ASA-nın icraçı direktoru Elmar Mirsalayevin Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycan-Türkmənistan dövlətləri arasında müxtəlif sahələr üzrə mövcud olan qarşılıqlı münasibətlərə toxunulub.
E. Mirsalayev səfirə sığorta sahəsində görülən işlər, nailiyyətlər və sektorun beynəlxalq əlaqələri haqda məlumat verib. İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk respublikasının sığorta birliklərinin üzvlüyü ilə qurulan, habelə yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının himayəsinə daxil olacaq Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.
Q. Elyasov sığorta xidmətlərinin vacibliyinə toxunaraq bu istiqamətdə görülən işləri, o cümlədən Türk Dünyası Sığorta Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə ASA ilə Türkmənistanın sığorta sektoru arasında əlaqələrin qurulması yönündə razılıq əldə olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay