BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
44950

Rəqəmsal köçərilik son zamanlarda populyarlıq qazandı. Köçəri Pasport İndeksi (NPI) fərqli bir yanaşma tətbiq edir. Onlar 199 qlobal pasporta və onların vizasız gediş-gəliş, qlobal qavrayış və vətəndaşların vergiyə cəlb edilməsi baxımından necə qiymət verdiyinə baxırlar. Reytinqdə həmçinin ikili vətəndaşlıq və şəxsi azadlığa diqqət yetirilir.

Digər pasport reytinqlərindən fərqli olaraq, Nomand Pasport İndeksi (NPI) daha geniş meyarlara, o cümlədən qlobal qavrayışa və konkret ölkədə şəxsi azadlıqlara diqqət yetirir.

Hansı pasportlar indeksə görə dünyada “ən yaxşı” və “ən pisdir”?

İsveçrə birinci, İrlandiya və Portuqaliya müvafiq olaraq ikinci və üçüncü yerdədir. Sonrakı yerləri Lüksemburq və Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri tutub. Daha sonra Hollandiya, Norveç və Almaniya ilə Yeni Zelandiya siyahını bitirir.

Bu pasportların sahibləri dünyanın əksər ölkələrinə vizasız səyahət imkanlarından maksimum yararlana bilərlər.

İlk onluğa daxil olmayan Bolqarıstan gələcək reytinqlərdə yüksək nəticə göstərə bilər. Balkan ölkəsi cəmi iki il ərzində indeksdə 42-ci yerdən 32-ci yerə yüksəlib. Bu, çox güman ki, bu ayın sonunda davam edəcək Avropanın Şengen zonasına daxil olması ilə bağlıdır.

İslandiya, İtaliya və Yunanıstandan başlayaraq Avropa ölkələri də siyahıda 11-dən 26-ya qədərdir, Sinqapur 27-ci sıradadır.

Ən sonda Əfqanıstan, ondan əvvəldə isə İraq, Yəmən və Eritreya qərarlaşıb.

Azərbaycanın "yeri"
 
Renkinqdə Azərbaycan 52 balla 130-cu sırada qərarlaşıb. "Azərbaycan pasportunun digər dünya pasportlarına nisbətən reytinqi Azərbaycan hökumətinin təkcə səyahətlə bağlı deyil, beynəlxalq vergi qanunlarına, qlobal qavrayışa, ikili vətəndaşlıq və şəxsi azadlığa yanaşmasına əsaslanaraq hesablanır" deyə məlumatda bildirilir.
 
Pasportu “yaxşı” və ya “pis” edən nədir?
 
Nomad Capitalist, reytinqlərin dəqiq necə işləndiyini belə izah edib. Onların indeksi beş meyarı təhlil edir, bunların hamısı müxtəlif statistik çəkiyə malikdir.
 
Vizasız səyahət etmək imkanı balın 50 faizini, vergilər isə 20 faiz təşkil edir.
 
Sonrakı yerdə qlobal qavrayış, ikili vətəndaşlığa sahib olmaq bacarığı və şəxsi azadlıqdır - bu, mətbuat azadlığı və məcburi hərbi xidmət kimi növləri əhatə edir - hamısı ümumi nəticənin 10 faizini təşkil edir.
 
Onların işini izah edən Nomad Capitalist deyir: “İndekslərin əksəriyyəti və insanların çoxu pasportu yalnız səyahət imtiyazları baxımından düşünsə də, Nomad Capitalist müxtəlif ölkələrin vətəndaşlarının vergi ödəmək, qaydalara riayət etmək, sərbəst yaşamaq üçün müxtəlif tələblərlə üzləşdiyini meyarlarda nəzərə alır”.
©Ena.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin