BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
44557

Təbii mineral suların qeydiyyatının necə aparılacağı məlum olub.

APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 155 nömrəli qərarında əksini tapıb.

Qərara əsasən, qablaşdırılması nəzərdə tutulan təbii mineral sular əldə olunduğu yeraltı yatağı və ya süxuru nəzərə alınmaqla qeydiyyata alınır.

Qeydiyyat ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

- “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun ilə müəyyən edilmiş məlumatlar;
- qablaşdırılmış təbii mineral suyun adı, əmtəə nişanı, təbii mineral suların əldə olunduğu yeraltı yatağın və ya süxurun adı, yerləşdiyi ölkə və ünvanı.
Təbii mineral suların qeydiyyatı ilə bağlı təqdim edilən ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
- yeraltı yataqdan və ya süxurdan əldə olunan təbii mineral suyu qablaşdırılacaq qida subyektinin həmin su obyektindən istifadə hüququnu təsdiq edən sənəd (Azərbaycan Respublikasında yerləşən su obyektlərinə münasibətdə xüsusi məqsədlər üçün istifadə icazəsi);
- tərkibin, o cümlədən mineral komponentlərin tədqiqinə (sınağına) dair protokol və tədqiqin (sınağın) aparılması metodikası;
- idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd.

Təbii mineral suların mineral komponentlərində dəyişiklik baş verdikdə həmin suların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.

Təbii mineral suyun qeydiyyat müddəti 5 (beş) ildir.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral sular üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul
barədə məlumat Reyestrdən çıxarılır. Qeydiyyatının qüvvədəolma müddəti bitmiş təbii mineral suların qeydiyyatın qüvvədə olduğu müddət ərzində istehsal və ya emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış təbii mineral suların həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.
Qablaşdırılmış mineral suların etiketlənməsi və üzərində qeyd olunan qidalanma və sağlamlıq bəyanlarına dair məlumatlar qida
təhlükəsizliyi sahəsində müəyyən edilmiş texniki normativ hüquqi aktlarla tənzimlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Sabiq deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Əhalinin banklardakı əmanətləri artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin