BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
44556

Yeni növ qida məhsullarının, qida əlavələrinin, yem əlavələrinin qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi qaydaları təsdiq edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərarda yeni növ qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullarının, qida əlavələrinin, yem əlavələrinin, bioloji aktiv qida məhsullarının və təbii mineral suların qeydiyyata alınması, qeydiyyata alınmış məhsulların qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydalarının və qeydiyyatının qüvvədəolma müddətinin müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə məhsulların Azərbaycan Respublikasının ərazisində istehsalı, emalı və dövriyyəyə buraxılmasından əvvəl onların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsinə, təhlükəsizliyinin və minimum keyfiyyətinin həmçinin etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsinə imkan yaranacaq.

Bu Qərarla təsdiq edilən siyahı ilə müəyyən olunan yem üçün istifadəsi nəzərdə tutulan GMO, habelə yalnız GMO-dan ibarət olan və ya tərkibində GMO olan və ya tərkibində GMO-dan əldə edilmiş məhsul olan yem məhsulları genetik modifikasiya növü nəzərə alınmaqla qeydiyyata alınır.
GMO və yem məhsullarının qeydiyyatının aparılması məqsədilə həmin məhsul barəsində mövcud olan elmi məlumatlar əsasında risk qiymətləndirilməsi aparılmalıdır. Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatı ilə bağlı təqdim edilən ərizədə aşağıdakı məlumatlar qeyd olunmalıdır:

- “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunla ilə müəyyən edilmiş məlumatlar;
- məhsulun adı;
- idxal edilən məhsulun xarici ölkədə verilmiş unikal identifikatoru;
- mənşə ölkəsi;
- istehsal və ya emal edildiyi qida obyektinin adı və ünvanı.
Ərizəyə aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:
- təyinatına və xüsusiyyətinə dair məlumat;
- genetik modifikasiya növünə dair məlumat;
- istifadə şərtləri;
- saxlanma şəraiti və yararlılıq müddəti;
- idxal edilən məhsula münasibətdə mənşə sertifikatı və səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş təhlükəsizliyini təsdiq edən sənəd;
-. genetik modifikasiya növünü identifikasiya etməyə imkan verən tədqiq (sınaq) metodları.

Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının unikal identifikatoru ilə bağlı dəyişiklik baş verdikdə həmin məhsulların qeydiyyatı yenidən rəsmiləşdirilməlidir.

Yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyat müddəti 10 (on) ildir.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsulları üçün nəzərdə tutulmuş yararlılıq müddəti bitdikdən sonra məhsul barədə məlumat Reyestrdən çıxarılır.

Qeydiyyatının qüvvədəolma müddəti bitmiş yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının qeydiyyatının qüvvədə olduğu müddət ərzində istehsal olunmuş, emal edilmiş və ya idxal edilərək dövriyyəyə buraxılmış yem üçün istifadəsi nəzərdə tutulan GMO və GMO-lu yem məhsullarının həmin müddət bitdikdən sonrakı dövr ərzində də yararlılıq müddəti nəzərə alınmaqla dövriyyəsinə (idxalı istisna olmaqla) yol verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bu MKTB-nin 1,9 milyon vergi borcu var

191 min manata mənzil, 120 manata telefon hərraca çıxarılır

Fırıldaqçılar "OpenAI"dan kütləvi spam yaymaq üçün istifadə edirlər

"Farmoni Group"un borcu 200 minə yaxınlaşır

DSMF-nin sədri vəzifəsindən azad edildi

Ən çox maaşı bu sahədə işləyənlər alıb - Siyahı

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

"Qərbi Kaspi Universiteti” maliyyə hesabatlarını gecikdirdi - CƏRİMƏLƏNDİ

4 il sonra Azərbaycanda əhalinin gəlirləri 123 milyard olacaq

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Manatın məzənnəsi 3 il bu qiymətdə qalacaq - Rəsmi

Azərbaycanda mənzillər bahalaşdı

Sabiq deputat yeni vəzifəyə seçildi

Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)

Gələn il neftin büdcədə qiyməti neçə olacaq? - Nazirlikdən CAVAB

Hərbi təhsil almaq istəyənlərin nəzərinə! - YENİLİK

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Türkiyənin ən varlı 10 adamı açıqlandı - Siyahı

Metro tikintisinə görə obyektlər söküləcək? - AÇIQLAMA

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Səhmdarlar İnvestor Portalı vasitəsilə səs verə bilər

“Mərkəzlərdə evlərin qiyməti fantastikdir” - Millət vəkilindən etiraz

ABŞ-ın aparıcı İT şirkətləri 278 milyard dollar vergidən yayınıb

İçki və tütün sektoru 3 aya yarım milyarddan çox qazandırdı

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Kredit və depozitlərin böyük hissəsi 3 bankın əlindədir

Bu şirkətlər barəsində inzibati iş başladıldı

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Əhalinin banklardakı əmanətləri artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin