“Mercedes-Benz” 8,3 milyon dollar cərimələnib
“Mercedes Benz”in Yaponiya filialı olan "Mercedes Benz Japan" müştərilərini aldatdığına görə 1,23 milyard yen (8,3 milyon dollar) məbləğində cərimələnib.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökumətinə bağlı İstehlakçı Məsələləri Agentliyi (CAA) “Mercedes Benz Japan” şirkətinin müştərilərini aldatdığına görə cərimələndiyini açıqlayıb.
Agentliyin açıqlamasına görə, şirkətin avtomobil kataloqları GLA və GLB modellərinin müəyyən sürücülük yardım sistemləri ilə təchiz edildiyini göstərib. Avadanlıqlara nəqliyyatın hərəkəti yenidən başladıqda dayandırılmış avtomobili avtomatik irəli aparan sistem və dönmə siqnalını işə salmaqla sürücüyə zolaqları dəyişməyə imkan verən sistem daxil idi. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bu sürücülük avadanlığı əslində müştərinin istəyindən asılıdır.
Agentlik, sözügedən vəziyyəti "müştəriləri aldatmaq" olaraq təyin etdiyini və "Mercedes Benz Japan"ı (8,3 milyon dollar) məbləğində cərimə etdiyini bildirib. Həmçinin şirkətə vəziyyətin təkrarlanmaması üçün tədbir görülməsi tapşırılıb.
Dövlət yayımı NHK-nın hesabatında qeyd edilib ki, bu cəza yanlış məlumata görə indiyədək tətbiq edilən ən yüksək cəzadır. “Mercedes Benz Japan” şirkəti qanunlara uyğunluğun təmin edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün çalışacağını açıqlayıb.
Əvəz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay