Yardımlıda 23 kilometrlik yolun təmirinə başlanılıb
Yardımlı rayonunun Masallı‒Yardımlı(44 km)‒Sırıq‒Əfçədulan‒Horavar‒Əngövül‒Zəngələ‒Vərov‒Keçələkəran avtomobil yolunun əsaslı təmirinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, uzunluğu 23,5 kilometr olan avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni 10 metrə qədər genişləndirilir.
Artıq layihənin Sırıq, Horavar və Əngövül hissələri üzrə torpaq işləri yekunlaşmaq üzrədir. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunacaq. Layihə üzrə yolun Sırıq, Keçələkəran və Zəngələ hissələrində hər biri bir aşırımlı olmaqla 3 yeni avtomobil körpüsünün də tikintisi aparılır.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, yolun uzunluq göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay