BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
44347

Valyuta.az xəbər verir ki, mövzuya İqtisadiyyat Nazirliyinin nümayəndəsi Aytən Əhmədova aydınlıq gətirib.

İşğaldan azad olunan ərzilərimizdə investorlar üçün əlverişli investisiya və biznes mühitinin formalaşdırılması məqsədilə zəruri infrastrukturla təmin edilmiş "Ağdam Sənaye Parkı" və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıları yaradılıb. Bu ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il 1 yanvar tarixindən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmçinin texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı, ƏDV və gömrük rüsumundan azad edilib. 

Valyuta.az xəbər verir ki, sahibkarlara dəstək və onların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir. Bununla yanaşı, sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. Belə ki, bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək və illik faiz dərəcəsi isə 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Həmçinin bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. 

Sahibkarlar "Elektron hökümət" portalı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi üzərindən  elektron kredit və zamanət informasiya sistemində qeydiyyatdan  keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. Eyni zamanda istehsal fəaliyyəti ilə məşğul olan sahibarlara istehlak etdikləri kommunal xidmətlərə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir. 

İnsan kapitalının formalaşdırılması məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislər qanunvericikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin