BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
44315

Baş Prokurorluq bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyərkən vətəndaşların diqqət yetirməli olduğu məqamlarla bağlı müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri mütəmadi olaraq təhlil edilir və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, gələcəkdə baş verməməsi, korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməkdədir. Müraciətlərin bir hissəsindən görünür ki, vətəndaşların narahat edən məsələlərdən biri də üzərində bələdiyyə mülkiyyəti olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi zamanı qarşılaşılan korrupsiya ilə əlaqədar hüquqpozmalardır:

"Odur ki, xoşagəlməz hadisələrin qarşısının alınması üçün vətəndaşların bu sahədə bir sıra zəruri məlumatları bilmələri faydalı olardı. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. “Bələdiyyələrin status haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, bələdiyyələr milli qanunvericilik əsasında təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:

1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.

Yerli özünüdarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində görülmüş müsbət işlərlə yanaşı, bu sahədə bir sıra xarakterik korrupsiya hüquqpozmaları da mövcuddur. Məsələn, bələdiyyələr 2007-ci il dekabr ayının 1-dən etibarən öz qərarları ilə torpaq alqı-satqısı həyata keçirə bilməzlər. Belə ki, həmin tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi nəzərdə tutulur.

Aparılmış təhlillərin nəticəsi göstərir ki, mövcud qaydalara baxmayaraq, torpaq sahələri hərracdankənar satılır, yəni bələdiyyələr tərəfindən köhnə tarixlə, 01.12.2007-ci ilə qədər olan dövrə dair qərarlar qəbul olunur və protokolların müvafiq vərəqələri dəyişdirilir.

Bundan əlavə, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 dekabr 2008-ci il tarixdə qüvvəyə minmiş Qanun ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqə yolu ilə əldə edilməsinin mümkünlüyü yeni qayda kimi müəyyən edilib.

Bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri, habelə satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə əhaliyə məlumat verməlidirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin