BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
44233

Xəbər verdiyimiz kimi, Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib. O, BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığını, dialoq və tərəfdaşlığı genişləndirməsi istiqamətində məsləhətlər verəcək.

Dəniz Məmmədzadə təhsili, maraqlandığı sahələri, UNYAC-dakı gələcək fəaliyyəti ilə bağlı Valyuta.az-ın suallarını cavablayıb.

Hər iki valideyni həkim olan Dəniz Məmmədzadə 2019-cu ildən - yəni, 7-ci sinifdən başlayaraq Şəki şəhər Kimya-biologiya təmayüllü liseydə təhsil alır.

 

“Ən çox zövq aldığım fənn riyaziyyatdır”

 

- Dəniz xanım, hansı fənləri daha yaxşı oxuyursunuz, nələrə daha çox marağınız var?

- Ümumiyyətlə, hər fənnə marağım var. Eyni zamanda müxtəlif sahələrdə dərsdən kənar da mütaliə etməyə çalışıram. Təbiət elmlərini digər elm sahələri ilə müqayisədə daha çox sevsəm də, məşğul olmaqdan ən çox zövq aldığım fənn riyaziyyatdır.

- Dərslərdən əlavə, başqa nələrə marağınız var?

- Musiqi və intellektual oyunlarla maraqlanıram. İncəsənət məktəbində 7 il piano ixtisası üzrə təhsil almışam. Bunlardan əlavə, müxtəlif mövzularda mütaliə etməyi və elmi tədqiqat işləri ilə maraqlanmağı sevirəm.

- Liseydə təhsil almanız sizə nə qazandırdı?

- Liseydə təhsil aldığım müddətdə qazandığım təcrübələr əvəzolunmazdır. Öyrənməyin məktəbdə test işləməkdən daha geniş bir proses olduğunu liseydə başa düşmək fürsətim olub. Ətrafımda öyrənməyə həvəsli başqa dostlarımın olması və müəllimlərimizdən gördüyümüz dəstək də məni həmişə ruhlandırıb.

- BMT-nin Gənclərdən İbarət Məşvərət Şurasına üzv seçilmək üçün hansı mərhələlərdən keçdiniz?

- Seçim prosesi müsahibə də daxil olmaqla bir neçə hissədən təşkil edilmişdi. Ümumilikdə düşünürəm ki, proses indiyə qədər olan təcrübələrimizi və gələcəkdə görmək istədiyimiz işləri düzgün əks etdirə bilməkdən ibarət idi.

- UNYAC-a üzv olduqdan sonra hansı işləri görəcəksiniz?

- UNYAC üzvlərinin əsas öhdəlikləri BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə razılaşdırılmış konkret məsələlər üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparmaqdır. Bu məsləhətləşmələrin nəticələrini BMT-nin ölkə üzrə İdarə Heyətinə təqdim etməkdir. Azərbaycanda gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfələrini nümayiş etdirmək üçün təşəbbüsləri və innovasiyaları müəyyən etmək və bu cür təşəbbüslərin nümayiş etdirilmə imkanlarına dair ideyalar irəli sürmək və həmin ideyaları həyata keçirməkdir. Ümid edirəm ki, şuranın fəaliyyəti müddətində müxtəlif sahələrdə gənclərə fayda verə biləcək işlər görüləcək.

- Bundan öncə məktəbli olaraq hansısa beynəlxalq layihələrdə iştirak etmisinizmi?

- Əsasən musiqi, riyaziyyat və intellektual oyunlar üzrə olmaqla müxtəlif müsabiqə və olimpiadalarda iştirak etmək və ictimai sahədə regional səviyyədə fəaliyyət göstərmək fürsətim olub, lakin belə bir layihədə ilk dəfə iştirak edirəm. Digər UNYAC üzvlərindən və ümumilikdə layihənin özündən öyrənəcəyim yeniliklər olması da məni səbirsizləndirir.

 

“ABŞ, Böyük Britaniya və Türkiyədə bir neçə universitetə müraciət etmişəm”

 

- 11-ci sinifdə oxuyursunuz. Təhsilinizlə bağlı bundan sonra hansı işləri görməyi planlaşdırırsınız?

- Biotibbi mühəndislik ixtisası üzrə təhsil almağı planlaşdırıram. Artıq ABŞ-də, Böyük Britaniyada və Türkiyədə bir neçə universitetə müraciət etmişəm. Əlbəttə, bir çox şagird kimi mənim də arzum dünyanın nüfuzlu universitetlərindən birində təhsil almaqdır. Seçdiyim ixtisasın əsas aspektlərindən biri də bir neçə akademik disiplini özündə birləşdirməsidir. Belə bir ixtisasa müxtəlif sahələr üzrə yaxşı təhsil verən müəssisələrdə yiyələnmək faydalı bir addım olar.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü başlayıb

Satış adamı olub-olmadığımız necə anlayaq? - Test

Makaron istehsalı 2 dəfədən çox artdı

Ziraat Bank-ın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

Tələbat çoxdur - Amma istehsalı azalır

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiber üsulla oğurlanıb

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırılıb

Azərbaycanda bütün limanlar bağlandı

Bakıda "Bağırov" körpüsünü su basdı

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda taksi kəskin bahalaşdı

Yol polisi sürücülərə müraciət etdi

Nadir idman avtomobili hərraca çıxarıldı

Avro və rubl manat qarşısında ucuzlaşdı

Avtobuslarla bağlı vəziyyət necədir? - RƏSMİ

“Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

Kriptovalyuta bazarında eniş yaşanır

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İflas hələ son deyil - Uğur qazanmaq üçün yeni yoldur - SƏHƏR OXUSU

İlk üç ayda noutbuk istehsalı 75% artıb

“Cada Group”un 41 min manat vergi borcu yaranıb

"Google" ucuz "Android" telefonların istehsalına məhdudiyyət qoydu

Analitik Ekspertiza Mərkəzindən bu şirkətə 341 min manatlıq sifariş

Məşhur tütün şirkəti borc içində

ABŞ Avropaya şərt qoydu: Ya biz, ya Çin...

Bu şirkətin 10 000 manat vergi borcu var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin